10 dollarlıq bloqdan milyonlar qazanan qadın: Chiara Ferragni

Tanış olun, dünyanın ən çox qazanan moda bloqeri: Chiara Ferragni.

Chiara Ferragni italyan moda dizayneri və modelidir. O, “The Blonde Salad” adlı kitabı və The Blonde Salad blogu vasitəsilə  “Tod’s” və “Pantene”  kimi moda və gözəllik markaları ilə əməkdaşlıq etmiş, 2017-ci ilin sentyabrında Forbes siyahısında ən güclü moda səlahiyyətlisi (influencer) kimi birinci pillədə yer almışdır.

Şəxsi bloqu ilə dünya miqyasında məşhur olub şöhrət qazanmışdır. Eyni zamanda Chiara Ferragni bloqunun adıyla xatırlanır.

The Blonde Salad, həm Chiara Ferragni’nin həm bloqu, həm də yazdığı ilk kitabının adıdır.

Həyatı

O, 7 may 1987-ci ildə Cremona, İtaliya-da  diş həkimi Marco Ferragni və Şimali İtaliyanın Siciliya mənşəli yazıçı Marina Di Guardo-nın ailəsində dünyaya gəlmişdir. Onun iki kiçik bacısı var: Francesca Ferragni və Valentina Ferragni. Chiara Ferragni, uşaqlıqdan gözəl üzü və fotogenik olduğu üçün həmişə diqqət mərkəzində olub.

Karyerası və uğurları

Ferragni ilk dəfə modelliyə 5 yaşında başlayıb. 16 yaşına çatdıqda isə ciddi şəkildə moda işinə başlamışdır. Bundan sonra Ferragni moda ilə daha yaxından maraqlanmağa başlayır. Sevgilisi Ricaardo Pozzoli onu bloq yaratmağa razı saldı. Pozzoli həmin dövrdə marketinq üzrə təhsil alırdı. Pozzolinin strategiyaları və Ferragninin tərzi birləşdi və ortaya məşhur bloqer çıxdı.

Ricaardo Pozzoli və Chiara Ferragni birlikdə

Chiara həmin zaman Flört Ayaqqabılar adlı öz ayaqqabı markasını da yaratdı. Bir çox markanın üzü kimi reklamlarda çəkildi və bu onu moda dünyasında daha da məşhur olmasına yol açdı.

 

Chiara Ferragni bloqunu ilk dəfə 2009 -cı ilin oktyabrında qurmuşdur. Beləliklə bloq 2009-cu ildə fəaliyyətə başladı. 2011 -cı ilin martında New York dərgisi onu “İlin böyük diqqət çəkən ulduzlarından biri” olaraq dərc etmişdir.

Ferragni gözəlliyi və tərzi ilə qısa müddət ərzində insanları bloqa cəlb etməyi bacarır və.2 il ərzində (2009 – 2011-ci ilin dekabr) bloqu 1 milyon unikal istifadəçi ziyarət edir. Eyni zamanda Ferragninin bloqu bu günə qədər 12 milyon nəfər insanı özünə cəlb etməyi bacarmışdır.

2011-ci ilin dekabrında, hələ Bokkoni Universitetində hüquq təhsili alarkən Ferragni  Teen Vogue‘da Dövrün Bloggerı kimi yer almışdır. Ferragni haqqında maraqlı bir faktı da qeyd edim ki, o, heç universitet dərəcəsini sonadək ala bilməmişdir.

2013-cü ildə Ferragninin İlin ən yaxşı blog yazarı olduğu müxtəlif yerlər tərəfindən qəbul edilir. 2013-cü ilin dekabrında isə o, ana dili olan İtalyanca  “The Blonde Salad” adlı bir kitab nəşr etdirir.

Ferragni 2013-cü ilin noyabrda Guess’in bir marketing kampaniyası üçün modellik etmiş, 2013-cü ilin dekabrında isə Steve Madden ilə Yaz 2014 ayaqqabı dizaynı üçün əməkdaşlıq qurmuşdur. Ferragni əvvəlki işləri daxil olmaqla bu günədək Christian DiorLouis VuittonMax MaraChanelTommy HilfigerRunny Green BooghersJ Brand və Seven for All Mankind ilə çalışıb onlarla əməkdaşlıq etmişdir.

Ferragni eyni zamanda TRL Awards‘da aparıcılıq etmişdir, eləcə də bir İtalyan şousu olan Chiambretti Night‘a qonaq olmuşdur.

Kann Film Festivalı ilə birlikdə We Have a Pope adlı filmin gala gecəsində qırmızı xalçada yerimək lüksünü qazanmışdır. Chiara eyni zamanda Project Runway adlı programa 2014- cü ildə qonaq olmuşdur.

Biznesi və digər uğurları

Onun biznes müəssisələri 2014-cü ildə təxminən 8 milyon ABŞ dolları qazandı (əsasən, Chiara Ferragni Collection ayaqqabılarından). 2015-ci ilin yanvarında, Ferragni’nin blogu və ayaqqabı biznesi olan – Chiara Ferragni Kolleksiyası  Harvard Business School‘da  CASE STUDY (araşdırma nümunəsi) oldu.

Ferragni 2015-ci ilin mart ayında, Aprel 2015 Vogue España‘nın jurnalının üz qapığına seçildi, beləliklə Vogue jurnalının üz qabığında yer almaq onu ilk moda bloqqeri kimi nümayişə çıxardı. Ondan sonra isə Ferragni 50-dən çox moda jurnalının üz qapığında göründü.

2016-ci ilin yanvarında Pantene şirkəti Ferragni-ni yeni qlobal səfir olaraq elan etdi.

Mattel Inc, 2016-cı ilin sentyabr ayında biri geyimi ağ tişört, qara dəri jaket, cins və Chiara Ferragni Kolleksiyası ayaqqabıları, digər geyimi isə Chanelin ümumi geyimləri olan Chiara Ferragni-nin bir Barbie versiyasını yaratdı.

31 İyul 2017-ci il tarixinə Ferragni-nin Instagram’da 10 milyon izləyicisi var idi.           2017-ci ildə Ferragni İntimissimi-nin 4-cü nəşri üçün kostyumlar hazırlamaq üçün dizayner seçilir. 26 İyul 2017-ci ildə isə Ferragni Milan- dakı özünün ilk Chiara Ferragni Collection mağazasını açır.

Mükafatları və Fərqlənmələri

Chiara Ferrani 2014-cü il sentyabrın 7-də 3 illik ardıcıl bloquna Bloglovin mükafatı qazanmış və onun blogu “Ən yaxşı şəxsi tərz” blogu adlandırılmışdır.

2013-cü ildən etibarən Ferragni, Moda Biznesində 500 ən nüfuzlu moda insanları siyahısında yer almışdır.

2015-ci ildə də Ferragni “İlin Bloggeri” adlı Bloglovin mükafatını qazandı. Və həmin ildə (2015-ci il) Ferragni  Forbes 30 Under 30 siyahısında yer aldı. 

Şəxsi həyatı

Chiara Ferragni 2017-ci ilin mayın 6-sında İtaliyanın Verona şəhərində konsert zamanı İtaliyalı reper və prodüser Fedez-lə nişanlanmışdır. Konsert və təklif  İtaliya radiosunda və RTL 102.6 TV kanalında canlı yayımlanmışdır.

Chiara Ferragni-nin hazırda 30 yaşı var və Guess markasında model ve spiker olaraq çalışmaqdadır. Chiara eyni zamanda hal-hazırda şəxsi bizneslə – bloqqerliklə və dizaynerliklə məşğuldur. Bloqerlik hələ də ciddi bir iş sayılmasa da Ferragni 10 dollara yaratdığı bloqdan hazırda milyon dollarlar qazanmağa davam edir.

Saytlarına keçid:

 

Bloqu oxudunuzsa zəhmət olmazsa sadəcə 30 saniyəniniz bizə ayırıb aşağıda “Bir cavab yazın” adlı komment hissəsində öz fikirlərinizi, rəylərinizi  bizimlə bölüşməyi və eyni zamanda bu yazını facebookda həyat yolunuzda paylaşmağı unutmayın.

Hər dəfə yazılan bu kimi maraqlı məqalələrdən, araşdırmalarımızdan və yeni bloq yazılarımızdan xəbərdar olub onlardan faydalanmaq istəyirsinizsə sağ tərəfdə aşağıda izlə bölməsinə öz emailinizi yazıb göndərməyiniz  yetərlidir. Əks halda yeni dərc olunan yazılar emailinizə gəlməyəcək.

Göstərdiyiniz diqqətinizdən dolayı hər birinizə sevgi dolu dərin təşəkkürümü bildirirəm.

Xəyal Abdullayev