30 yaşından sonra uğur qazanmış milyonerlər

The Hustle vebsaytı 30 yaşından sonra uğur qazanmış, 30-a kimi isə böyük işlərlə yadda qalmayan müasir dövrün 10 uğurlu biznesmenini bir siyahıya toplayıb. Gəlin onların kim olduğuna baxaq.

Jack Dorsey, Twitter’in qurucusu

Jack Twitter’i yaratdığı zamanlarda 30 yaşı yeni olmuşdu. Onun ilk şəxsi biznesi taksi, kuryer xidmətləri həyata keçirirdi, lakin 2006-cı ildə bu şirkət uğursuzluğa düçar oldu. Buna qədər Jack New York’dakı bir xəbər agentliyində dispetçer xidmətinin proqramisti işləyirdi.

Tim Westergren, Pandora’nın qurucusu

Westergren Pandora şirkətini 35 yaşında qurub. İlk əvvəl şirkət aparat təminatının satışıyla məşğul idi. The Hustle’in bildirdiyinə görə, əvvəllər Tim əməkdaşlarına maaş verə də bilmirdi, ona görə də fəaliyyət sahəsini dəyişdirmək qərarına gəlir və musiqi sistemi yaratmaq qərarına gəlir. Pandoranı yaratmamışdan qabaq, Tim özünü bəstəkar, aktyor və dayə rollarında da sınayıb.

Yan Kum, WhatsApp’ın qurucusu

Yan Kum dünyanən ən məşhur mesajlaşma platformasını 33 yaşında istifadəyə verib. Şirkətini qurana kimi, o, 10 il Yahoo-da işləmiş, Facebook-da işə düzəlməyə çalışmış, lakin bu cəhdi uğursuzluqla nəticələnmişdi.

Jack Ma, Alibaba’nın qurucusu

Deyilənə görə, Çinin ən böyük İT holdinqlərindən birinin qurucusu olan Jack Ma kompüterlə ilk dəfə 30 yaşında tanış olub. Kollec imtahanlarında üç dəfə uğursuzluqla qarşılaşmış, oxuyub qurtardıqdan sonra isə, 30-dan çox şirkət ona iş verməkdən imtina etmişdir. İlk şirkətini 31 yaşında qurub. Onun yaratdığı şirkət üç il ərzində 800 min dollar qazanır. 35 yaşında isə Ma, Alibaba – gələcəkdə dünyanın ən böyük şirkətlərindən birini yaradır.

Ben Horowitz, LoudCloud’un qurucusu

Ben Horowithz universiteti bitirdikdən sonra, tez-tez iş dəyişir və nəhayət ki, Netscape korporasiyasına işə düzəlir. Burada o, brend menecer vəzifəsində işləyir. Netscape’də o Mark Adreessen ilə – IT korporasiyasının qurucusu ilə tanış olur və onlar birlikdə SaaS-şirkəti LoudCloud’u yaradırlar. Şirkət bir neçə dəfə maliyyə problemləriylə üzləşsə də, nəticədə Ben’in 41 yaşı olanda $1,6 milyarda satılır.

Sam Walton, Walmart’ın qurucusu

44 yaşında Walmart mağazalarını yaratmamışdan əvvəl, Sam xırda mağaza şəbəkələrini idarə edirdi. Lakin, işlər o qədər pis gedirdi ki, o, hətta işçilərinə maaşları ödəməkdə çətinlik çəkirdi.

Reed Hastings, Pure Software və Netflix’in qurucusu

Reed Hastings’in ilk uğurlu biznesi Pure Software – proqram təminatını işləyib hazırlayan şirkət olub. Reed həmin şirkəti 31 yaşında qurmuşdu. 6 il sonra Pure Software şirkətini Rational Software korporasiyası 750 milyon $ dollara alır. Burdan qazandığı pulu isə Reed TV-xidmət olan Netflix’i yaratmağa sərf edir.

Mark Cuban, MicroSolutions’un qurucusu

Mark Cuban dünyanın ən məşhur İT- biznesmeni və invostorlarından biridir. Universiteti bitirdikdən sonra Dallas’a köçək Cuban, burada barmen işinə düzəlir. Bir müddət sonra o kompüter satışıyla məşğul olan bir şirkətə girir və burada ildə 18 min$ qazana bilir. Lakin gələcək biznesmeni tezliklə bu işdən qovurlar. Mark Cuban 25 yaşında MicroSolutions İT konsaltinq şirkətini qurur və 32 yaşında bu şirkəti 6 milyon dollara satır.

 

Mənbə: pahoo.az