6-da oyanmanın 5 səbəbi

1. Səhər saatları bütün orqanizmin funksionallığı və bizim beynimiz üçün olduqca vacibdir. erkən oyanaraq siz öz emosiyalarınızı tənzimləmək və böyük, kiçik məqsədlərə nail olmaq üçün yollar kəşf edəcəksiniz. Əgər siz işə bir, ya iki saat qalmış oyansanız, o zaman buna zaman qalmaz.

2. Günün planını qurmaq üçün sizin kifayət qədər vaxtınız olacaq. 1 saat yataqda keçirdiyiniz qiymətli vaxtınızı itirəcəksiniz, o dəqəqələri siz işlərin planını qurmağa sərf edə bilərdiniz.

3. Səhər saatları idman etmək , qaçışa getmək üçün ən gözəl vaxtdır.. Özünüzü axşamlar deyil, səhərlər idman zalına getməyə öyrəşdirin. Səhər idmanından sonra müsbət hormonlar oyanır ki, bu da bütün gün ərzində özünüzü gümrah hiss etməyinizə yetir.

4. Erkən oyanmaq, həm də yaxşı şəkildə səhər yeməyi yemək üçün əla fürsətdir. Və bu, bədən orqan funksiyalarının yaxşılaşması üçün bir addımdır. Həkimlər yorulmadan dönə-dönə təkrarlayırlar ki, yeməyin ən yaxşı qəbul saatı səhər tezdəndir və onu əldən vermək qəti şəkildə olmaz. Amma o insanlar ki, evdən çıxmağa 30 dəqiqə yada 1 saat qalmış yuxudan dururlar onlar düzgün səhər yeməyi edə bilmirlər.

5. Siz öz rəqibləriniz üzərində üstünlük qazanacaqsınız. Siz gündəlik olaraq, 2 saat öncə oyanaraq, onlar üzərində həftə ərzində 10 iş saatı öndəsiniz və bu, ay ərzində 200 iş saatı deməkdir.