6S fəlsəfəsi və "Blind in business"

Şirkətlər nə qədər daimi uğur qazanmağı qarşılarına məqsəd qoysalar da, çox bəsit xətalara görə daimi xətalar zənciri ortaya çıxa bilər. Bir istehsal müəssisəsində diqqət çəkən bir xətanı həll etmək, o xəta ilə əlaqədar səlahiyyətli şəxslərə məlumat verməmək və zamanla bu xətaya alışmaq “blindinbusiness” deyilən problemlərə səbəb olur. Bu problemi sadəcə şirkətlər və müəssisələrdə deyil, şəxsi həyatımızda da alışqanlıq vəziyyətinə gətirdiyimiz üçün ciddi fəsadları da ola bilir.

İnsan və sistemin inkişafına önəm verən yaponlar, “blindinbusiness” məsələsinə çox böyük önəm verərək bu sahədə araşdırmalar aparmış və elmi sübutu olan 6S fəlsəfəsini yaratmışlar. Bugünümüzdə bir çox şirkət və insanlar bu fəlsəfədən yararlanaraq uğur qazanmaqdadırlar. Hər nə qədər bu fəlsəfi yanaşma hansısa bir şirkətdə tətbiq olunsa da, bu, şirkətin yan quruluşlarını, hətta işçilərini də əhatə etməkdədir. Avtomobil sənayesində “Justintime” istehsal anlayışı ilə işləyən bir çox firma  və bunlardan ən böyüyü olan “Toyota”, həm yan sənaye quruluşlarını, həm də işçilərini inkişaf etdirərək, bu fəlsəfə sayəsində idarçilik keyfiyyətlərini yüksəltməktədirlər. Nə qədər çox uğurlu idarəçilik olarsa, o qədər keyfiyyətli məhsul və işçilər olar.

“Blindinbusiness” problemlərini mümkün olduğu qədər azaltmaq üçün tətbiq edilməsi lazım olan bəzi sadə metodlar var :

  • İşə yenilik qazandırmaq vacib olmalıdır,
  • Fərdi inkişaf, işçilərin inkişafı ən önəmli faktorlardır,
  • Hər nə iş olur olsun, o işdə həvəs və coşqu yaratmaq uğura aparar,
  • Səhvləri düzəltmə xüsusiyyətinin olması uğurun yarısıdır,
  • Maraq göstərmək məhsuldarlığı, paylaşımı artırır,
  • Fikirlərə dəyər verib empatik yanaşmaq, “blindinbusiness” problemlərinə qarşı çıxmaq deməkdir.

Bu problemlər daha çox “eqo” xəstəliyinin nəticəsində əmələ gəlir. Paylaşmağa və inkişafa önəm verməyən şirkətlər və insanlar, həm özlərinə, həm də müəssisələrə zərər verirlər. Eynşteynin söylədiyi kimi : “Bilgi azalırsa eqo artar, bilgi artarsa eqo azalar”.

Yaponların 6S fəlsəfəsi sayəsində iş yerlərinin nəzarəti artaraq çalışanların motivasiyası yüksək saxlanılır, komanda işi dəstəklənir və çalışmaq güvənliyi artır. 6S fəlsəfəsinin ünsürləri aşağıdakılardır :

  1. Seiri (Seçmə). Zaman itkisinin qarşısını alır, iş güvənliyini artırır.
  2. Seiton (Nizam-intizam). İnsanlarda əlavə enerji itkisinin qarşısını alır, bacarıqları artırır və stok idarəçiliyini sadələşdirir.
  3. Seiso (Təmizlik). Məhsul keyfiyyətini və mexanik avadanlıqların məhsuldarlığını artırır.
  4. Seiketsu (Standartlaşma). İdarəetmə bacarığını artırır, müşahidə etməyi və ölçməyi təmin edərək proseslərin inkişafına təkan verir.
  5. Shitsuke (Qayda-qanun). İşçilərin motivasiyasını və özünə güvəni artırır, məsuliyyətli olmağa yönləndirir.
  6. Shiki (Mənəvi dəstək). Şirkətin inkişafına səbəb olur, işçi-rəhbər münasibətlərində duyğusal və professional əlaqə yaradaraq iş güvənliyini təmin edir.

6S fəlsəfəsi sayəsində zaman itkiləri aradan qaldırılır, avadanlıq qəzaları azalır. Təmiz və düzgün bir iş şəraiti olduğu üçün qəzaların qarşısı alınır.

Həm şirkətlərin, həm də işçilərin yararlanacağı bir çox inkişaf metodları var. Lakin 6S metodu daha keyfiyyətlidir. Bugün bir çox firmada 5S metodundan faydalanır.  Hər nə qədər 5S metodunun faydaları olsa da, 6-cı S-in, yəni mənəvi dəstəyin (Shiki) rolu “blindinbusiness” problemlərini həll etmək baxımından çox önəmlidir. 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları