Ailə həyatınızla startup arasındaki balansı saxlamaq üçün 5 yol

Startup nədir ? Biznes ekosisteminde geniş şəkildə istifadə edilən bu termin biznesə yeni atılan fiziki və yaxud hüquqi şəxslərə aid edilir.

Əgər 4 uşaq sahibi bir valideysinizsə, iş qurarkən bunu ailə həyatı ilə balanslaşdırmaq üçün əziyyət çəkən insanlardan biri də sizsiniz. Bir iş sizdən olduqca çox fədakarlıq istəyir. Gözünüz işinizin üstündə olmasa, hər an hər şey məhv ola bilər. Eynisi ailəniz üçün də keçərlidir.

Bəs görəsən iş və ailə ehtiyacları arasında balansı saxlamaq mümkündürmü ? Əlbəttə ki, mümkündür. Əslində valideyn olmaq üçün lazım olan bacarıqların bir qismi biznesmen olmaq üçün də istifadə edilə bilər. Sizə ailə həyatınızla startup macəranız arasında balansı saxlayan 5 təklifimiz var:

1. Uşağa baxmaq məsələsinə aydınlıq gətirin

Əvvəlcə həm təkbaşına uşaqlarınızla maraqlanıb, həm də iş qura bilməyəcəyinizi qəbul etməlisiniz. Əgər bunu etməyə cəhd etsəniz, bu sadəcə sizin zərərinizə ola bilər. Siz birdəfəyə bir çox şeylə məşğul olsanız, bu stresli vəziyyət yarada bilər. Bu həm sizə, həm uşaqlarınıza pis təsir edə bilər, həmçinin də işinizə.

İş və ailəni eyni anda idarə etmək üçün ailənizlə birgə qərar verməlisiniz. Yəni həyat yoldaşınızla vəzifələri bölüşmək məsələsində razılığa gəlməlisiniz. Bunlar kommunal xərcləri ödəmək, uşağın oyun zamanlarını müəyyənləşdirmək, yemək bişirmək, səyahətə çıxdığınız zaman bütün yükü boynuna götürmək kimi vəzifələr ola bilər. Eyni zamanda uşaqlarınızın da bunun bir komanda işi olduğunu bilmələri və yaşlarına uyğun olaraq üzərlərinə düşəni etmələri lazımdır.

2. Uşaqlarınızla keyfiyyətli vaxt keçirin

Uşaqlarınızla nə qədər zaman keçirdiyiniz önəmli deyil, o zamanı nə qədər səmərəli keçirtdiyiniz önəmlidir. Bu tövsiyyəni əvvəllər neçə dəfə eşitmisiniz ? Görəsən bu həqiqətən də doğrudur mu? Araşdırmalara görə bəli, doğrudur. Əslində məntiqli olduğunu görmək elə də çətin deyil. Hamımız bilirik ki, valideynlərin evdə olması, uşaqları ilə bərabər vaxt keçirdikləri anlamına gəlmir.

Öz işinizi qurmağınızınsəbəblərindən biri də qısa zaman ərzində nailiyyət əldə etmək ola bilər. İstədiyiniz yerə çatacaqsınız, lakin hələ macəranın başlanğıcındayıq.  Buna görə də uzun saatlar çalışmaq lazım gəldikdə hövsələdən çıxmayın. Bunun əvəzinə hər gününüzün boş olmamasını həyatın gerçəkliyi kimi qəbul edin və ailənizlə bərabərkeçirtdiyiniz zamandan istifadə edin. Bu ailənizlə bərabər yemək yemək, idman etmək, kitab oxumaq və hansısa bir layihə üzərində çalışmaq ola bilər. Əgər bu vəziyyəti olduğu kimi qəbul etsəniz hər şey daha asan olacaqdır. Ümumiyyətlə bu cür tövsiyyələr sizə televizoru söndürməyinizə səbəb ola bilər, amma bəzən ailə ilə bərabər film izləyib istirahət etmək də yetərli ola bilər.       

3. Sərhədlər çəkin

Bu tamamilə sizin əlinizdədir. Gecəyə qədər çalışmağınız lazım olduqda uşaq baxımı məsələsi üçün müəyyən sərhədlər var: Tətillər, məktəb konsertləri, böyük futbol oyunları. Bəzi şeyləri əsla qaçırtmamalısınız. Ona görə ki, bu vəziyyət sizin və ailəniz üçün yaxşı olmaz.

Yeri gələndə işinizi ikinci plana atmaq çətin olsa da, ailənizi ilk sıraya yerləşdirin. Ciddi olaraq çalışmağınızın sizə bu haqqı tanıdığına əmin olun.  Ailənizin hər zaman fədakarlıq ediləcək tərəf olduğunu yaddan çıxartmayın.

4. Fasilə verin

Ailə və iş həyatını balanslaşdırmaq çətin ola bilər. Bəzən özünüzü ideal ailə tablolarıylaqarşılaşdıraraq hər kəsi üzdüyünüzü fikirləşə bilərsiz. Öz həyatınızı mühakimə etmək pis bir şey deyil. Harada olduğunuzu və qarşıya məqsəd olaraq qoyulmuş standartlara çatıb çatmadığınıza nəzarət etmək olduqca vacibdir. Sadəcə harada fasilə verməyi və rahatlaşmağınızın lazım olduğunu bilin.

5. İşinizə uyğun bir ailə fəaliyyəti təşkil edin.

Yəni hər kəsi işinizin necə getdiyi məsələsində məlumatlandırın. Ailədəki üzvlərin yaşına görə birbaşa işə də daxil edə bilərsiz. Bu bərabər vaxt keçirmək üçün yaxşı bir yol deyil amma bir gün uşaqlarınız böyüyüb biznesmen olmağa qərar verəndə onlara biznesi öyrətməyiniz üçün yaxşı bir şansdır.