Amazon bank sektoruna daxil olur

Dünyanın ən böyük e-ticarət və texnologiya şirkətlərindən biri olan Amazon, pərakəndə və market sahələrindən sonra sürpriz şəkildə  bank sektoruna da daxil olur.

Bütün xidmətləri onlayn ödənişlərə əsaslanan Amazon, bank hesabına və kredit kartına malik olmayan istehlakçıları qazanmaq üçün hərəkətə keçib.

Biznesmen.az "Marja" ya istinadən xəbər verir ki, "The Wall Street Journal"ın xəbərinə görə, Amazon banklardakı hesablara bənzər bir məhsul inkişaf etdirir.
 
Texnologiya nəhəngi bu məhsul üçün "JPMorgan Chase" ilə əməkdaşlıq etməyi planlaşdırır. İki şirkət arasında danışıqlar hələ ilkin mərhələdə olduğu və alternativ iş ortaqlarının da prosesə daxil ola biləcəyi qeyd olunur.

Amazon-un banklara rəqib olmaq istəməməsinin altından xətt çəkilir. Şirkətin təqdim etməyə hazırlaşdığı hesabların öz xidmətlərindəki ödəmə proseslərini sürətləndirməsi və komissiyanın azaldılması planlaşdırılır.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları