Amerika bu məhsulun istehlakında 3-cü yeri tutur

Ümumilikdə dünya üzrə şərabın istehlakında Amerika Birləşmiş Ştatları 3-cü yeri tutur.

Amma bu  iyirmi milyon dövriyyəsi olan sahədə böyük və heç də güzəştə getməyən rəqabət davam edir.

Satış və təlabat meyarları ilə Kaliforniya şərabı, daxili bazarda ABŞ üzrə 2/3 bütün satışların payına düşür.

Şərabların satışı və onlara  güclü tələbat davam etdiyindən asılı olaraq rəqabət zəmini yaranır. ABŞ-a import edilən Fransa, İtaliya , İspaniya , Avstriya və bunlarla yanaşı Çili, Argentinadan gətirilən şərablar, ABŞ bazarında satışa can atırlar ki, ən azı satışda zəifləməyərək rəqabətdə geri qalmasınlar.

Oreqon , Vaşinqton , Nyu-York ştatlarında  və  Kaliforniyada bazara çıxarılan şərab növlərinin sayı və çeşidi bütün ağılasığan  çərçivələri aşmışdılar.

Amma bu sadalan potensiala və daha iddialı rəqiblərə  baxmayaraq ABŞ istehlakçılarına bu təsir etmir və etmədi. Yəni hər zaman maraq və tələbat daxili istehsalatdan olan şərablara oldu.

Səkkiz böyük şərab istehsalçıları ABŞ-ın 75% tələbatını ödəyir və digər xırda şərab istehsalçıları isə 25% bazardakı tələbatı ödəyir. Onların sayı isə 1600-dür.

Yuxarda qeyd etdiklərimdən aydın olur ki, ABŞ-da Şərab satışı böyük rəqabət fazasını yaşayır, bununla yanaşı artıq bu sahəyə girmək investorlara bir o qədər sərf etmir , dəyərli oxucu sual verə bilər ki, niyə ? Çünki rəqabət aparmaq üçün istehsalat üçün avadanlıq , xam mal, logistika, peşəkar heyyət bu kimi xərclərə maliyyə ayırmaq kifayət deyil, yəni  əsas işin həlli deyil pr və marketing hissəsidir hansı ki, 3 hətta 4 dəfə çox xərclər tələb edir.

PR və Marketing bütün sahələrdə önəmli və həlledicidir . Burada strategiya və alətlərin düzgün seçilməsi daha önəmli və həlledici şərtdir.

Strategiya – latınca  müharibə haqqında elm deməkdir.

Hansı məhsulu , xidməti təklif etməyinizə baxmayaraq istər şirkət , istər fərd olaraq düzgün planlama , hədəf kütləsini seçmək, bazardan mövqeylənmək vacibdir. PR və Marketing alətləri avtomobilin yanacağı və saz vəziyyətdə olan mühərrikidir.  PR-la sizin müştəri və ya hədəf kütləniz  sizi tanıyıb və sizə etibar edib əlaqəyə keçir. Marketinqlə isə siz satış kanallarını müəyyən edir,  gələcəkdəki perspektivli ,strateji yol xəritənizi müəyyən edirsiniz.

Devalivasiyadan sonra Azərbaycanda iş və biznes dünyasında önəmli bir yenilik baş verdi, bütün şirkətlər başa düşdülər ki, işi yalnız mütəxəssis və dünya praktikasına əsaslanan korporativ mədəniyyət və standartlar çərçivəsində həll etdikdə, pəşəkarlıq öz riski az olan və ümumiyyətlə olmayan itkisizlər əvəz edəcək.

İstənilən biznesi yaratdıqda istər böyük istərsə də, balaca olsun 3 vacib və sizə kömək edəcək suallara cavab verməlisiniz:

Kimə?-satırsınız

Nə?-satırsınız

Necə?-satırsınız

 

İsazadə Səbuhi 

(Şəxsi brendinq və PR üzrə mütəxəssis)