Apple ofşorlarda $246 milyard gizlədir

Banker.az xəbər verir ki, Amerikanın Vergilər və İqtisadi siyasət institutu (Institute for Taxation and Economic Policy — ITEP) ABŞ-ın nəhəng şirkətlərinin ofşorlarına həsr olunmuş hesabatını təqdim edib.

Qeyri-rəsmi reytinqin lideri ofşorlarda 246 milyard dollar gizlədən Apple şirkətidir. Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin üçüncü rübündə şirkətin mənfəəti 45,4 milyard dollar təşkil edib.

İkinci və üçüncü pillənin sahibləri Pfizer ($199 milyard) və Microsoft ($142 milyard) şirkətləri olub.