Apple səhmləri Buffettın açıqlamaları ilə bahalaşıb

Apple-ın səhmləri, "Berkshire Hathaway"in İcraçı direktoru Uorren Buffettın açıqlamalarından sonrası xeyli bahalaşıb.

"Marja" xəbər verir ki, Buffet, ilk rüb ərzində dəyəri 13,3 milyard dollar olan 75 milyon ədəddən artıq Apple səhmi aldığını açıqlamışdı. Apple səhmləri 4% bahalaşaraq 183.87 dollara qalxıb.

Apple-ın İcraçı direktoru Tim Kuk isə Buffett və "Berkshire"in şirkətin əsas investorları olmasından həyəcanlandığını söyləyib.
Buffetin açıqlamaları ərəfəsində Dow Jones Sənaye İndeksi 150 bənd azalma göstərirdi. Bəyanatlardan sonra Nasdaq İndeksi başda olmaqla indekslər pozitivə qayıdıb. Açıqlama  Dow Jones İndeksinə 50 bənddən çox müsbət töhfə verib.

 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları