Apple-nin iş görüşlərində namizədlərə ünvanladığı 24 sual

Apple şirkəti dünyada alternativ seçimi geniş olan sektorda fəaliyyət göstərsə də rəqiblərinin hər birini üstələməyi bacarmışdır. Bu Apple-nin dünyanın hər yerində öz işçilərini diqqətli şəkildə seçməsindən qaynaqlanır. Şirkət öz fərqli iş anlayışına sahib olmaqla bərabər işçi seçimlərində də doğru qərar qəbul etmək üçün diqqətli davranır. Bu seçimlərə önəm verilməsi işə alınacaq işçilərin təcrübəli, parlaq keçmişi olanlar anlamına gəlməməlidir. Glassador media şirkəti tərəfindən Apple-nin iş görüşlərində namizədlərə ünvanladığı 22 sual yayınlanmışdır. Bu suallar aşağıdakı kimidir.

Həyatda yerinə yetirdiyiniz halda qürur hissi keçirəcəyiniz bir şey haqqında bəhs edin.

Uğursuzluqlarınız nələrdir və bunlar sizə nələri öyrətdi?

Qarşı-qarşıya qaldığınız fərqli bir problemdən və onu həll etmək üçün baş vurduğunuz yoldan bəhs edin.

8 yaşındakı bir uşağa router/modemin işləmə şəkilini başa salın.

Siz nə üçün buradasınız?

Masanın üzərində 100 ədəd qəpik var. Onlardan 10 dənəsi rəqəm yazılan, 90 ədədi isə hərf yazılan tərəfdir. Hansı qəpiyin hansı üzünün yuxarıda olduğunu müəyyən etməyin heç bir yolu yoxdur. Onları iki yerə elə ayırın ki, hər tərəfdə eyni işarədən bərabər olsun.

Qarşınızdakı 5 illik zamanda nə etməyi planlayırsınız?

Apple-yə nə üçün işə düzəlmək istəyirsiniz və işə qəbul ediləcəyiniz təqdirdə keçmiş işinizdə ən çox nə üçün darıxacaqsınız?

Özünüzdən bəhs edin. Sizi ən çox nə həyəcanlandırır?

Bir tost aparatını necə sınaqdan keçirərsiniz.

Masanın üzərində 3 qutu var. Onlardan birində alma, digərində portağal, o birində isə portağal və alma var. Qutuların üzərindəki yazı aldadıcıdır. Siz bir qutunu açaraq içinə baxmadan meyvələrdən birini əlinizə alaraq bütün qutuları doğru adlandıra bilərsiniz?

Müdirinizlə anlaşmazlıqlarınız oldumu? Bunu ona necə ifadə etdiniz və hansı nəticə əldə edildi? Biz onunla əlaqə yaratmağa çalışsan sizin haqqınızda hansı fikirləri söyləyəcək?

Sizi nə üçün işə qəbul etməliyik?

Yaradıcısınız? Bunu necə ifadə edə bilərsiniz?

Sizcə sadəlik nədir?

Sizcə hansı daha önəmlidir? Müştərinin problemini aradan qaldırmaqmı, yoxsa problemləri azaltmaqmı?

Çox müsbət əhval ruhiyyəniz var. Sizin keyfinizi pozan şeylər nələrdir?

Bizə bir istifadəçiyə sadəcə danışaraq nə şəkildə dəstək ola biləcəyinizi göstərin.

iTines-də istifadə edilməyən şəkillərin işləkliliyə mənfi təsir etməməsi üçün nə edə bilərsiniz?

Son 4 il içində ən yaxşı və ən kədərli gününüz hansıdır?

Hər gün neçə uşaq dünyaya gəlir?

Apple Store-yə daxil olduqda nə hiss edirsiniz?

Əlinizdə iki yumurta var. Onları sındırmadan atabiləcəyiniz ən yüksək hündürlüyü necə müəyyən edərsiniz?

Əlbəttə ki, bu suallar hər kəsə ünvanlanmır. Bəziləri proqramçılara, bəziləri satıcılara ünvanlanan suallardır. Amma, bu suallara diqqət edərək bəzi nəticələr çıxarmaq mümkündür.