B planından uzaq olmağa çalışın

İş həyatında işçilərə hər zaman öz karyeraları ilə bağlı B planlarının olması tövsiyə edilir. Hətta, C,D,E kimi geniş planlara sahib olma da arzu edilən vəziyyət kimi irəli sürülür. Bəs görəsən həqiqətən də B kimi ikinci bir planın olmasına ehtiyac varmı.?

B planları problemlərimizi ortadan qaldıracaqmı.?

Hər zaman ikinci bir planın olması sizin üçün düşərli olmayacaqdır. İkinci bir plana sahib olmağınız nəticəsində başlıca planınıza qarşı nisbətən diqqətiniz azalacaqdır. Digər tərəfdən B planını qurmaq sizin A planınıza olan motivasiyanızı və istəyinizi azaldacaqdır.

Yaxınlıq etdiyim liderlərdən biri, işçilərinin vəzifələrini yüksəltmək üçün onlara çətin testlər tətbiq etməyə başlamışdır. Bu testləri həyata keçirəcəkləri təqdirdə onların vəzifələri yüksələcək və eyni zamanda onları bu testləri bacarmaqdan başqa yolları da yox idi. Nəticədə işçilərin hər birinin vəzifəsi yüksəlmişdi. Çünki, onların B planları yox idi.

B planı deyil, Aplanınıza önəm verin.

Əgər sizin işinizdə problemlər varsa və bu sizin məhsuldarlığınıza mənfi təsir edirsə B planınızı işə salın. Bu işə yaramayacağı təqdirdə A planınızı işə salaraq yeni iş axtarışına başlaya bilərsiniz. Nəticədə bütün mübarizənizi iş axtarmağa ayırın və yeni iş taparaq işinizdən istefa edin.

Plan Sizin Özünüzsünüz.

Əgər işləriniz ürəyinizcə deyilsə və siz bundan daha artığına laiq olduğunuzu düşünürsünüzsə karyeranızı yüksəltməkdənsə, özünüzü inkişaf etdirməyə çalışın. Siz özünüzü inkişaf etdirməyə davam etdiyiniz müddətdə çətinliklərin asanlıqla ortadan qaldırmağı bacaracaqsınız.

Özünüzü inkişaf etdirməyə bir neçə sektoru hədəf alaraq başlayın. Yanlızca bir sahədə deyil, birdən çox sahədə məlumatlar əldə edərək dünya görüşünüzü inkişaf etdirə və problemlərin həll edilməsində təcrübələr qazana bilərsiniz. Yeni şeylər öyrənmək adına qatıldığınız seminarları, toplantı və digər fəaliyyətlərinizlə qazandığınız bacarıqlarınızı sertifikatlarla garantiləməyə də üstünlük verin. Bu eyni zamanda liderlərinizin sizə qarşı planlarının dəyişməsinə və sizə daha çox önəm verməyə başlamasına da səbəb olacaqdır.

İlk əvvəl işinizlə bağlı problemlərlə qarşılaşırsınızsa bunu bir bəndlər halına gətirərək gözdən keçirin. Bacardıqca həll etmək üçün mübarizə aparın. Yeni məlumatlar əldə etdikcə bunun daha da asanlaşdığını görəcəksiniz. Özünüzə mütailə üçün ayırmış olduğunuz vaxt sizə inam qazandıracaq və bu işinizdə daha da uöurlu olmağınıza səbə olacaqdır. Unutmayın ki, sizin ən böyük karyera planınız elə sizin özünüzsünüz. 

Harvard Business Review