Bəs sizin maliyyə İntelekt Göstəriciniz nə qədərdir?

“Həddən artıq çox adam həyatdan zövq almaq əvəzinə gecə-gündüz iş haqqında düşünür”

İnsanın maliyyə İG-si necə müəyyənləşdirilir? O, adamın maaşının çoxluğu, mal-mülkünün böyüklüyü, maşınının markası, ya evinin iriliyilə ölçülürmü?

Böyük sərvət sahibi olan varlı şəxsin övladı bir dəfə atasından maliyyə İG-nin onun düşüncələrində hansı anlamı doğurmasını soruşdu. O, düşünmədən cavab verdi: "Maliyyə intellektinin sənin nə qədər pul qazanmana heç bir dəxli yoxdur, о sənin nə qədər pulunun qalması və bu pulların sənə hansı fəallıqla işləməsiylə bağlıdır". Zamanla o, yenə də maliyyə intellektilə bağlı öz tərifini dəqiqləşdirdi və bunları söylədi: "Bu cür eleyə bilərsən ki, böyüdükcə sənin maliyyə intellektin də artır, öz puluna daha çox azadlıq, xoşbəxtlik, sağlamlıq və həyat seçimi alırsan".

Ata sonra izah etdi ki, insanlar çox yaşlaşdıqdan sonra çoxlu pullar qazanırlar, lakin bu pullara yalnız özlərini qul edə bilirlər - daha böyük hesablar ödəməli olan qullar. Hesabların artması ondan xəbər verirdi ki, adamlar onları ödəmək üçün daha çox işləməlidir. Varlı atanın fikrincə, maliyyə baxımından bu, ağılsız hərəkət idi. Bundan başqa o, başa salırdı ki, pul qazana bilən çox adamla rastlaşıb, lakin qazandıqları pullar onları xoşbəxt edə bilməyib. Onun fikrincə, maliyyə baxımından bu, həmçinin ağılsızlıq idi. Niyə pul xətrinə işləyib bədbəxt olasan  Əgər sən pul xətrinə işləmək məcburiyyətindəsənsə, işləmək üsulunu tap və xoşbəxt ol. Maliyyə intellektinin də məğzi məhz budur".

Söhbət sağlamlıqdan düşəndə isə varlı ata deyərdi: "Çoxları pul xətrinə dəridən-qabıqdan çıxır və bununla da tədricən özlərini öldürürlər. Yalnız özünün əqli və fiziki firavanlığım deyil, üstəlik, ailənin səadətini qurban gətirmək nəyə lazımdır ki? Maliyyə baxımından bu, ağıllı deyil".

“Qəfil infarkt deyə, bir şey yox. İnfarkt və xərçəng kimi xəstəliklərə inkişaf üçün vaxt lazımdır. Onların səbəbkarı uzun müddət ərzində hərəkətsizlik, yetərincə qidalanmama və həyatdan narazılıq durur. Bu üç amildən mən həyatdan narazılığı ilk cərgəyə qoyuram. Həddən artıq çox adam həyatdan zövq almaq əvəzinə gecə-gündüz iş haqqında düşünür". Seçim imkanından söz düşəndə, о deyirdi: "Mən təyyarənin bütün salonlarının eyni vaxtda hava limanına gəldiyini bilirəm. Məsələ bunda deyil. Məğz ondadır ki, sənin hansı dərəcəli salonda uça bilmək imkanın var? Bir çox sərnişinin seçim imkanı yoxdur".

Varlı ata onu da izah etdi ki, maliyyə intellekti adama həyatda böyük seçim etmək imkanı yaradır. "Pullar - gücdür, çünki onlar sənə daha çox seçim imkanı verir. Lakin pul heç vaxt adamı xoşbəxt eləmir. Heç vaxt düşünmə ki, zənginlik sənə xoşbəxtlik gətirəcək. Odur ki, fərq eləməz, varlı, ya kasıbsan, ən əsası həyatda xoşbəxt ola bilməkdir. “

 Lakin insan üçün hər şeydən mühüm öz puluna satın aldığı asudə vaxta sahib çıxmaqdır. Belə ki, övladlarının necə böyüdüyünü müşahidə etməyi, pul gətirib-gətirməyəcəyindən asılı olmayaraq, maraqlandığı layihələr üzərində işləməyə şərait yaratmaq. Qısası maliyyə İG-si puldan çox vaxtla ölçülür.

 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları