Bill Gates və uğursuzluğu

Bill Gates “Microsoft” şirkətinin qurucusu və 72,7 milyard dollarlıq sərvətlə dünyanın ən varlı insanlarından biridir.

Uğursuzluqları

Onun qurduğu ilk şirkətin adı “Traf-O-Data” olub. Adıçəkilən şirkətin hədəfi yol kənarlarına quraşdırılmış sayğacların məlumatlarının oxunması və yol idarələri üçün hesabatların hazırlanması idi. Onlar bu üsulla maşın axınlarını optimallaşdırmaq və tıxacların yaranmasının qarşısını almaq istəyirdilər.

Şirkətin ilk qurğusunun adı isə “Traf-O-Data 8008” idi. Cihaz keçən maşınları saya və əldə edilmiş məlumatları işləyə bilirdi. Firma ilk əvvəl öz xidmətlərini yerli administrasiyaya satmağa çalışsa da, bu istiqamətdəki ilk təqdimatları heç bir fayda verə bilmədi. Özünün də sonradan xatırladığı kimi, buna səbəb qurğunun “düzəməlli işləməməsi” idi.

Çıxarılan dərslər

Onun həmkarı Pol Allen ilk layihələrini bu cür xatırlayır: “Hətta, baxmayaraq ki, “Traf-O-Data” uğursuzluqla nəticələndi, bu, illər sonra “Microsoft”-un yaradılması istiqamətində atılmış ilk addım və hazırlıq mərhələsi idi.”

Onların öz məşğuliyyətlərindən əl çəkməməsi, müvəffəqiyyətsizliklərdən çıxardığı dərslər onların özünə də, bizlərə də xeyirli oldu. Onlar bir gün uğur qazanacaqlarına inanmağa davam edirdilər və nəticədə də “Microsoft” bütün dünyadakı kompyuterlər üçün proqram təminatı hazırlayan ən böyük istehsalçı oldu.