Biznes plan nədir və nə üçün lazımdır?

Biznes plan nədir?

Biznes plan yaratmağı düşündüyünüz, yaxud hələ də işləməkdə olan müəssisələrin inkişaf etdirilməsi üçün hazırlanan bir yol xəritəsidir. Edəcəyiniz və ya etməkdə olduğunuz işin davamlı bir uğura çatması və gələcəkdə də varlığını davam etdirməsi üçün mütləq bir iş planınız olmalıdır. İş həyatınız ərzində qarşınıza çıxacaq, proqnozlaşdıra bilmədiyiniz hallarda sizə bələdçi olacaqdır.

Biznes plan nə üçün lazımdır?

Yaxşı hazırlanmış bir biznes planı ilə rastlaşa biləcəyiniz iqtisadi böhranlardan ən az ziyanla çıxa bilərsiniz. İş planınız sayəsində şirkətinizin hansı nöqtədə olduğunu və çatmaq istədiyi hədəfi daha yaxşı analiz edir ona görə addımlar atırsınız. İş planınızda, qısa və uzun perspektivdə nələr etmək istəyirsiniz, iqtisadiyyatınızı, iş şəraitinizi, hansı məhsulları istehsal edəcəksiniz, bazar sahənizin genişliyini, müştəri portfeliniz, hədəfə gedəcək metodlarınızı dəqiq müəyyənləşdirməlisiniz.

Sağlam bir planın şirkətinizə verəcəyi bir çox fayda var. Əvvəla, böyümə tutumunuzu aydın görə bilir və daha nə qədər böyüyə biləcəyiniz barədə qərarlar verirsiniz. Plandakı detallara görə böyümə yolunda addımlarınızı ona görə atmalısınız. Əgər plan və çatacaq nöqtə bir-birinə paralel isə doğru yol deməkdir. Biznes planlarınızı doğru idarə edir və iş planınız yaxşı işləyirsə heç bir səhv olmayacaqdır.

İşlərin problemsiz keçməsi üçün yenə iş planı hazırlanması lazımdır. Rəqabətlə dolu biznes həyatında məcburən diqqətli və sağlam addımlar atılmalı, amma eyni zamanda sürətli qərar vermək lazımdır. İş həyatına yeni atılmış bir çox sahibkar iş planının əhəmiyyətini anlamır.

Biznes planı investorlar üçün də lazımdır

İş planı maliyyə axtarışında da yaxşı bir plan olmalıdır ki, əlinizdəki maliyyəçi sizə və planınıza güvənərək o işə investisiyada olsun.

Xülasə, ciddiliyi bir çoxları tərəfindən dərk edilməmiş olsa da, quruluş mərhələsində şirkətinizin hədəflərinin müəyyənləşdirilməsində, böyümə səviyyənizdə, iş həyatı ərzində qarşılaşacağınız əngəlləri asanlıqla dəf etmədə, qarşınıza çıxacaq fürsətləri üstünlüyə çevirmədə, mənbələrinizi və enerjinizi düzgün istifadə etmədə, hansı səviyyədə və miqdarda istehsal edəcəyinizi müəyyənləşdirmədə və bunun üçün hansı xüsusiyyətlərə malik kadra ehtiyacınız olduğunu təyin etmədə mükəmməl bir yol göstərici olacaqdır.

Unutmayın ki, iş planlaşdırması deyilən nəzarət mexanizmi yalnız yeni biznes quranlar üçün bir material deyil. Eyni zamanda işi hələ də davam edənlər üçün də lazımlı bir vasitədir. Çünki iş həyatının çətinlikləri yalnız iş qurarkən rastlaşılacaq bir şey deyil. İşləriniz davam edərkən də gözlənilməz problemlərlə qarşılaşa bilərsiniz.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları