Çin yaxın 20 ildə 1 trilyon dollar dəyərində təyyarə satın alacaq

ABŞ təyyarə istehsalçısı “Boeing Co”, Çin hava yollarının gələcək 20 il ərzində dəyəri 1 trilyon dollar olan 7,000 dən çox sərnişin təyyarəsi satın alacağını qeyd edir.

"Boeing Co" nun bu gün açıqladığı bu proqnoz, 2036-ci ilə qədər Çinin 7,240 təyyarə satın alacağını göstərir. Boinq ötən il verdiyi proqnozda bu sayı 6,810 olaraq qeyd etmişdi. Yeni proqnoz, ötən ildən 6.3 faiz daha yüksəkdir

Şirkətin kommersiya təyyarələr idarəsinin marketinq sədr müavini Randy Tinseth bu gün verdiyi yazılı açıqlamada, "Çinini davamlı iqtisadi artımı, infrastruktura etdiyi mühüm investisiya, inkişaf edən orta sinfi və getdikcə dəyişən hava yolu biznes modelləri bu uzunmüddətli gözləntini dəstəkləyir" – deyə söyləyib.

İKİ NƏHƏNGİN ÇİN RƏQABƏTİ

Boeing və Avropalı rəqibi Airbus dünyanın ən sürətli böyüyən aviasiya bazarı olan Çində bazar paylarını artırmaq üçün rəqabət içindədirlər. Hər iki şirkət Çində təyyarə montaj qurğuları açıb.

Tinseth, Çində bu il gözlənildiyindən daha yüksək iqtisadi artım gözləntisi olduğu üçün, sərnişin təyyarəsi sektorunda uzunmüddətli iqtisadi inkişafın daha nikbin olduğunu və yük təyyarəsi bazarında da bir canlanma görüldüyünü bildirib.