Dünyanın ən uğurlu və varlı insanlarının gündəlik rejimləri

Dünyanın ən uğurlu və varlı insanlarının həyatında heç bir qüsur yoxdur kimi görünür. Buna nail olmalarının və həyatlarını belə davam etdirmə səbəbi də son dərəcə sadədir. Milyarderlər, məhsuldarlıqlarını ən üst səviyyədə saxlamaq üçün hər gün eyni rejimi təkrar edirlər. Uğurlu sahibkarlar, iş həyatları ilə yanaşı, ailə, meditasiya və rahat yuxu kimi mühüm məsələlər üçün də günlərində boşluq yaradırlar.

Sizlərə bir milyarderin son dərəcə asan olan adi bir gün rejimini təqdim edirik.

05:00 - Oyanış

Bir çox uğurlu insanların gündəlik proqramları üzərində aparılan araşdırmalara görə, rəhbərlərin 90%-i həftə içi səhər saat 06:00 - dan əvvəl oyanır.

Son dərəcə faydalı olan bu vərdiş, günə başlamazdan əvvəl özünüzü ələ almağınıza köməkçi olur. Belə erkən bir vaxtda oyandığınızdan ötrü ailənizlə nahar etmək, meditasiya etmə, idman kimi səmərəli bir gün üçün lazımi şeyləri etmə vaxtınız olacaqdır.

05:30 - Məşq

"Twitter və Square" nin icraçı direktoru Jack Dorsey hər səhər şirkətlərini nəzarət etməzdən əvvəl yarım saat yürüş edərkən, milyarder Jeff Bezos da iş yerinə getməzdən əvvəl səhər saat 06:00 da qaçış zolağında idman edir.

Məşq etmək, gün boyu enerjinizi yüksək tutmağınız məsələsində böyük rol oynayır. Nə qədər çox enerji sərf etsəniz əldə etdiyiniz enerji də bir o qədər çox olur. Beləcə, gün boyu beyniniz açıq olur və özünüzü enerjili hiss edirsiniz. Stressin orqanizminizdə yaradacağı təsirləri azaltmaq da öz yerində.

06:00 - Meditasiya

Uğurlu sahibkarların meditasiya etmələrinin ən böyük səbəblərindən biri şəxsin məhsuldar olmasını göstərməsidir. Araşdırmalara görə, özünüzü xarici faktorlara qarşı möhkəmləndirdikdə əlaqələriniz inkişaf edir, etibarınız və iş performansınız artır.

Milyarder Tony Robbins, gündəlik meditasiya rejiminə Priming, yəni "İlkin təlimat" adını verir. Güclü nəfəs və hərəkətlərə yönələn bu proses, insanı mərkəzə daşıyaraq gün ərzində baş verəcək hər bir şeyə qarşı təlimatlandırır, yəni digər bir sözlə qoruyur.

06:30 - Kitab oxumaq

Uğurlu insanlar hər gün kitab oxuyur. Mark Zuckerberg, Bill Gates ve Warren Buffet kimi milyarderlər, günlərinin böyük bir hissəsini öyrənmə məqsədli oxumağa ayırır.

Son vaxtlarda aparılan araşdırmalara görə, sərvət sahibi olan insanların yalnız yüzdə 11-i əyləncə məqsədli kitablar oxuyur. Qalan hissənin böyük əksəriyyəti hər ay, təhsil və ya təhsil məqsədli iki kitab oxuyur. Əgər hər gün 30 dəqiqə kitab oxusanız zirvədəki insanların 1% ilə eyni şeyi etmiş kimi olacaqsınız.