"Dünyanın ilk 1 trilyon dollarlıq şirkəti olacaq"

Morgan Stanley analitikləri, Microsoft-un 12 ay ərzində dünyanın ilk 1 trilyon dollarlıq şirkəti olacağını güman edir

Dünyanın ən böyük investisiya şirkətlərindən biri olan Morqan Stenli (Morgan Stanley), açıq bulud xidmətinə artan marağın Microsoft-u dünyanın ilk dəyəri 1 trilyon dollara çatan şirkətinə çevirəcəyini təxmin edir.

"Marja" xəbər verir ki, Morqan Stenli analitiklərindən Keith Weiss, Microsoft-un səhmi üzrə qiymət proqnozunu 110 dollardan 130 dollar yüksəldərək, şirkətin 1 trilyon dollara çatacağını iddia edib.

Microsoft səhmləri həftəyə 94 dollar səviyyəsində başlanğıc edib. Şirkətin mövcud bazar dəyəri isə 722 milyard dollar ətrafındadır.

Hələ dünyadakı heç bir şirkət 1 trilyon dollar bazar dəyərinə nail olmayıb. Analitiklərin əksəriyyətlə bunu Apple və Google arasında bir yarış kimi görürdü. Digər tərəfdən, son dövrdə Amazon-un da adı çəkilməyə başlanmışdı.

Weissa görə Microsoft açıq bulud biznesini böyütməyə davam edir və mənfəət marjasını qaldırsa növbəti 12 ay ərzində dünyanın ilk 1 trilyon dollarlıq şirkəti olmağı bacaracaq.

Microsoft, açıq bulud məhsulu Azure-un 2017-ci ildə 98 faiz gəlir artımı təmin etdiyini və bu məhsul ilə Office 365-in də içərisində olduğu bulud departamentinin dəyərinin 5,3 milyard dollara yüksəldiyini açıqlayıb.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları