Elon Musk Tesla-nı Marsa göndərir

Qısa müddət öncə Teslanın elektrikli yük maşınını təqdim edən Elon Musk, həmçinin səhnəyə sürpriz bir şəkildə ikiqapılı elektrikli idman avtomobili - Tesla Roadster ilə də çıxmışdı.
 
Musk, bu modeli dünya miqyasında reklam etmək üçün, bir Tesla Roadster avtomobilini Marsın orbitinə göndərib əbədiyyətə qədər kosmosda fırlanmasını planlaşdırır.
 
Musk, Twitter hesabı vasitəsilə verdiyi açıqlamada, ilk "Falcon Heavy"nin yükünün bir Tesla Roadster olacağını və Roadster-ın David Bowien-in Space Odditys-ini çalacağını bildirib.

Musk, qalxış zamanı bir problem yaşanmadığı təqdirdə Roadster-ın milyardlarla il ərzində kosmosun dərinliklərində olacağını sözlərinə əlavə edib.