Elon Muskın Marsa göndərdiyi ilk avtomobilin görüntüləri yayıldı

Tesla-nın İcraçı direktoru, milyarder Elon Muskun sahibi olduğu "SpaceX"şirkətinin istehsal etdiyi "Falcon Heavy" raketi Florida əyalətindəki Kennedi Kosmos Mərkəzindən müvəffəqiyyətli bir şəkildə kosmosa göndərilib.

"Falcon Heavy" Marsa doğru yol alıb. Hərəkətə düşdükdən qısa bir müddət sonra kapsuldan ayrılan 3 raket Dünyaya dönüb. Dönən bu raketlər yenidən istifadə edilə bilinəcək.

"Heavy Falcon" raketi, ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) tərəfindən 45 il əvvəl aya göndərilən ilk insanlı uçuşda istifadə edilən raketdən sonra özəl bir şirkət tərəfindən kosmosa göndərmədə istifadə edilən ən güclü raketdir.

Təxminən yüz min nəfər dünyanın ən güclü raketinin göndərmə anını izləmək üçün bölgəyə axın edib, milyonlarla insan raketin yüksəlişini televiziyadan canlı izləyib.

"Heavy Falcon" raketinin içinə Tesla istehsalı elektrikli idman avtomobili də yerləşdirilib. Qırmızı "Roadster" modelinin sürücü kreslosuna da astronavt paltarı geyən cansız bir maneken oturdulmuşdu.

Kapsulun günəş orbitində yüzlərlə, hətta milyonlarla il fırlanacağı gözlənilir.