Əvvəlcə xarakter, sonra kariyera

Neçə ildir ki, kariyera qurmağın önəmli və stratejik bir məsələ olduğundan bəhs edilir. Kariyera haqqında kitablar yazılır, konfranslar təşkil olunur və universitetlərdə yuxarı vəzifəli şirkət rəhbərlərinin şirkətləri və özləri haqqında kariyera günləri keçirilir. Xüsusilə iş həyatına yeni başlayan gənclərin kariyera planları və iş həyatları ilə bağlı qayğıları olur.  Kariyera mərhələlərindən keçərkən qarşıya çıxılan çətinliklər, müdir-işçi əlaqələri, bəzi gəncləri professional olaraq yetişdirir, lakin eyni zamanda da onların xəyallarını, xarakterlərini bu yolda güzəştə getmələrinə səbəb ola bilir.

Qloballaşan dünyada kariyer mərhələrindən keçərkən yaxşı insan olmağın vacibliyi, uğurlu və vəzifəli olmaqdan daha az əhəmiyyət daşıyır və bu çox böyük bir itkidir. Bu məqamda kariyeraya ayırdığımız diqqəti və zamanı, öz xarakterimizə də ayırmağımızın lazım olduğu ortaya çıxır. İş həyatında düzgün bir xarakterə malik olmağı  arxa plana atmamaq, kariyeranız ərzində nümayiş etdirdiyiniz əzmkarlıqdan daha çox kömək ola bilər.

Xarakteri planlamaq mümkündürmü ?

Kariyera planlamaqdan öncə xarakter planlamaq mümkündür və bu çox vacibdir. Bunun üçün hər şeyi bir kənara qoyub özünüzə bu sualları verməlisiniz :

  • Həyatını və xəyallarını paylaşdığın əsl dostların varmı ?
  • Özünü üstün görməyi əvəzinə, hər kəsi bərabər görməyi qəbul edirsənmi ?
  • Yaxşı bir insan olmaq nə deməkdir ?
  • Yaşadığın cəmiyyətə faydalı olmaq üçün nə edirsən ?
  • Pul və vəzifə xaricində əldə etdiyin nailiyyətlərin varmı ?

Bu sualları çoxaltmaq da olar. Lakin bu və başqa oxşar sualların cavablarını axtarmadan kariyera qurmaq üçün tələsmək, xarakterinizə zərbə ola bilər. Bəlkə də bu sualları öz-özümüzə soruşmaqdan başqa, böyük şirkətlərdə işçilərinə səmimi olaraq belə suallar verəcəyi şöbələr qurulmalıdır.

Məzun olduğunuz universitet, çalışdığınız şirkətin böyüklüyü, vəzifəniz, qazandığınız maaş olaraq müəyyənləşdirilən kariyera mərhələlərindən öncə dəyərli bir xarakterə sahib olmaq bu məsələnin təməlidir. Dəyərləriniz, qazandığınız dostlar və onların sizin haqqınızdakı düşüncələri çox önəmlidir.

Xarakter sahibi olmaq kariyera planınızın başlanğıcıdır və bu təməlin güclü olması vacibdir. Əgər təməliniz güclü olarsa kariyeranız da asanlıqla sarsılmayacaqdır. Düzgün xarakter sizə uğurlu kariyera gətirəcəkdir.

Harvard Business Review