Global G.A.P təlimi keçiriləcək

Qida məhsullarının Təhlükəsizliyi idarəetmə sistemləri və Kənd Təsərrüfatı istehsalını idarəetmə sistemi (Global G.A.P) üzrə təlim keçiriləcək. Təlimi Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Avropanın ən qədim və yüksək reytinqə malik TÜV – Avstriya beynəlxalq sertifikatlaşdırma şirkəti ilə birlikdə reallaşdırır. Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı qaydada qeydiyyatdan keçə bilərlər:

  1. Online qeydiyyat vasitəsi ilə  http://iqtisadiislahat.org/registration/
  2.  (012) 521-28-48, (050) 254-29-27 telefonlarına zəng etməklə, yaxud birpancara@azexport.az ünvanına yazaraq.

Qeydiyyat 20 oktyabr 2017-ci ilə tarixə qədər davam edəcək.