Hansı strategiya sinifindəyik?

Strategiya iş həyatının çox vacib bir hissəsidir.  Hərkəs yeni strategiyalar qurmaq, onları tətbiq etmək, yeniləmək məqsədi ilə çalışmaqdadır. Bu məsələ görüldüyü kimi sadə deyil. Bunun təməli elmə dayanır, keçmişi isə uzaq tarixə qədər gedib çıxır.

Bu yazıda sizə strategiyanı siniflərə ayıraraq hansı sinifə daha yaxın olduğunuzu müəyyənləşdirəcəksiniz.

Strategiya fərqli formalarda siniflərə ayrılmışdır. Biz bu yazıda Mintzberqə məxsus 10 strategiya sinifinə diqqət yetirəcəyik. Bu siniflər: Dizayn, planlamaq, yerləşdirmə, liderlik, təfəkkür, öyrənmə, güc, mədəniyyət, ətraf və formalaşma olaraq sıralana bilər.

Dizayn sinifi strategiya idarəçilik düşüncəsinin ən qədim sinifi sayılır və təbii olaraq Selznick, Chandlerve Andrews  kimi araşdırmacılar bu baxımdan önəmli töhfələr vermişlər. Dizayn sinifinin ən təməl prinsipi uyğunluq üzərində formalaşmışdır. Bu sinif daxili və xarici təsirlər nəzərə alındıqdan sonra strategiyanın tətbiq edilməsini tövsiyyə edir. Yəni SWOT analizi edərək strategiyanı tətbiq etməlisiniz.

Planlamaq sinifi dizayn sinfinə çox bənzəyir. Lakin planlama sinifi strategiyanın rəsmi proseslərin tamamı ilə ortaya çıxacağını vurğulayır. Büdcə, hədəf, iş planı  bu sinfin diqqət və önəm verdiyi dəyərlər bütünüdür.  Bunlar olmadan strategiyanın müəyyənləşdirilməsi mümkünsüzdür.

Yerləşdirmə sinifi yuxarıda qeyd olunan sinifləri əsas alır, əlavə olaraq rəqiblərə qarşı strategiyaların tətbiq edilməsini tövsiyyə edir. Bu sinifi əsaslandıranlardan birinin Porter olduğunu desək yəqin ki, daha yaxşı anlayarsınız. Bildiyimiz kimi Porter 5 əsas gücü sektora yeni girəcək firmalar üçün təhdid olaraq qəbul etmişdir: əvəzedici məhsullar, xidmət təhdidləri, tədarükçülərin və alıcıların bazarlıq gücü, mövcud firmalar arasındakı rəqabət səviyyəsi.

Liderlik sinifi strategiyanın liderlərdən doğulduğunu önə sürür. Digərlərindən fərqli olaraq bu sinifin təməlində mərkəzi bir lider var. Lider strategiyanı qurur, bu səbəblə də liderin təcrübələri strategiya qurmaqda çox önəmlidir.

Öyrənmə sinifi strategiyanın qurulmasını zehni bir proses olaraq görür. Buna görə strategiya qurularkən xəritələr, proseslər və digər elmi nəticələr istifadə olunur. Strategiyalar xarici təsirlərdən deyil, fərdin gözləntilərindən təsirlənərək ortaya çıxır.

Güc sinifi, strategiyanın bir müzakirə prosesi ilə ortaya çıxdığını qeyd edir. Buna görə qurumun içərisindəki fərqli təkliflərdən üstün olan əsas strategiyanı müəyyənləşdirir.

Mədəniyyət sinifi, strategiya qurmağı sosial bir proses olaraq görür. Straegiyanın tətbiq edilməsi əsnasında əldə edilən nəticə qurumun mədəinyyətinə bağlıdır. Qurumun mədəniyyəti seçilən strategiyanın müəyyənləşdirməkdədi və bu, əldə edilən nəticələrə də təsir göstərir. Bu mənada qurumlara rəqabətcil üstünlük də qazandırır. Mədəniyyət hər quruma məxsus bir varlıqdır və təqlid etmək imkansızdır.

Ətraf sinifi, reaktivizasiyaya əsaslanır. Strategiyanın ətrafdakı şəraitə cavab olaraq ortaya çıxdığını vurğulayır. Qurumlar daxili yox, xarici hadisələrə reaksiya göstərməlidir.

Formalaşma sinifi, strategiyanı bir dəyişim fəaliyyəti olaraq görür. Strategiya digər siniflərin bərabər istifadə edildiyi fəaliyyətlər bütünüdür.

Bütün bu siniflərdən biri şirkətinizə uyğun gələ bilər. Buna görə də şirkət strategiyanızın hansı əsaslara görə ortaya çıxdığını elmi bir yanaşma ilə müəyyənləşdirmək lazımdır. 

Harvard Business Review