Həftə sonları nə üçün işləyirik?

Əgər siz də həftə sonları işlədiyiniz üçün fərqli insanlar tərəfindən qınanır və bunun gərəksiz olduğunu eşidirsinizsə, biz də insanların bu münasibətinin haqlı olduğunu düşünürük. Əksəriyyətimiz üçün həftə sonları işləmənin bir səbəbi vardır. İşimizi sevir və məhsuldar olduğumuz üçün özümüzlə fəxr edirik. Qısacası bu bizi qürurlandırır. Amma, bizim həftə sonları əlavə olaraq işləməyimiz bəzən bizim düşündüyümüzdən də, gərəksiz ola bilir. Nəticələri ortaya qoymaq üçün real araşdırmalara əsaslanan tədqiqatlarla bağlı son nəticələrdən bəhs etmək yararlı olacaqdır.

Bir çoxlarımızın həftə sonları əlavə olaraq işləmək istəməsinin başlıca səbəbi yuxarıda da qeyd etdiyimiz kimi, özümüzü məhsuldar olaraq görməkdən fəxr etməyimizdir.  Tədqiqatların birində Francesca 500 nəfərdən ibarət bir işçi heyəti üzərində çalışma həyata keçirərək onların iş mühitindəki 4 hal haqqında yazmalarını istəmişdir. Tədqiqata əsasən məşğul olarkən, məhsuldar olarkən, istəksizlik və məşğul olmamaq kimi iş mühitinin canlandırılması istənmişdir. Nəticə isə, insanların əksəriyyətinin məhsuldar olduqları zamanı xoşbəxt olduqlarını ortaya çıxarmışdır.

Amma, insanlar əlavə çalışdıqları zamanı öz asudə vaxtlarından və istirahətlərindən keçirlər. Bəs nə üçün insanlar öz rahatlıqlarına göz yumaraq məhsuldar olmaq üçün əlavə çalışmağa razılıq verirlər. Bu sualın cavabı University of Chicago’dan Christopher K. Hseein laboratoriya tədqiqatında fərqli şəkildə ortaya çıxmışdır. Tədqiqatda hətta insanları artıq işləməyə məcbur edən bir sıra səbəblər də ortadan qaldırılmışdır.

Araşdırmaya əsasən işçilərə qulaq ağrıdıcı xüsusiyyəti səsi dinləmələri və bunun qarşılığında şokolad təklif edilmişdir. Hər kəs 5 dəqiqə ərzində istədiyi qədər bu səsi dinləyə və şokolad əldə edə bilərdi. Ancaq, 5 dəqiqənin sonunda yeyilməmiş olan şokoladlar onlardan geri alınacaqdı.

Araşdırma sona çatdığında iki qrup ortaya çıxmışdı. Bunlardan biri çox qazananlar, digəri isə az qazananlar olmuşdur. Nəticə etibarı ilə çox qazananlar yeyəbiləcəklərindən 3 qat daha çox, az qazananlar isə, yeyəbiləcəklərini düşündüklərindən daha az şokolad əldə etmişdi. Yəni, əslində çox qazanan insanlar yeyəbiləcəklərindən daha artıq şokolad əldə edərək, yemədikləri şokoladlar üçün özlərinə əlavə əziyyət vermiş oldular. Nəticə isə, insanların maaşları nə olursa olsun, onların qazana bildikləri qədər qazanmağa çalışacaqlarını ortaya çıxarmışdır.

İşinizi  sevdiyiniz təqdirdə, əlavə çalışmağın nə kimi zərəri ola bilər.?

Tədqiqat nəticəsi insanların məqsədli davranışları və düşünərək hərəkət etmə istəklərinin gedərək azaldığını  və sonra yenidən bərpa edilməsi gərəkdiyi nəticəsini ortaya qoyur. Zehini qaynaqlar davranışlarımızı, duyğularımızı yönləndirən başlıca qüvvələrdir.

University of North Carolina’dan Dave Hoffman tərəfindən 35 Amerikan xəstəxanasında, 4157 tibb təmsilçisi arasında həyata keçirilən 3 illik araşdırma nəticəsində 12 saatlıq əlavə işləmə zamanında 1-ci saatdan 12-ci saata qədər əl yuma sayısının 8.7% azaldığı ortaya çıxmışdır. İşlərin daha çox olduğu günlərdə bu sayı daha da azalmışdır. Tədqiqat eyni zamanda işçilərin əlavə işləmə günləri arasında daha çox vaxt müəyyən edildiyi təqdirdə isə bu rəqəmin artdığını ortaya çıxarmışdır.

Nəticə əlavə işləmə saatları artdığı təqdirdə, zehni olaraq yorulma və digər səbəblər işlərdə axsamaların və keyfiyyətin endiyini ortaya çıxarır.

İşimizə qarşı duyduğumuz istək  və məhsuldar olma sevdası nə üçün həftə sonları əlavə işləməmizlə əlaqələndirilməlidir? Yenidən başlaya bilməyimiz üçün bəlkə də həftə sonları yaxşı bir fürsətdir. Energy Project CEO’su ve The Way We’re Working Isn’t Working kitabının yazarı Tony Schwartz, həyata keçirmək istədiyiniz hər bir işdə bir məqsəd varsa o zaman şəxsi fayda əldə edə biləcəyimizi söyləyir.

Əlavə işləməyə başladığınızda həqiqətən məhsuldar olduğunuzdan və həftə sonlarınızı istirahət etməyə ayırdığınızda həqiqətən istirahət etdiyinizdən əmin olun.