İnvestor axtaran sahibkarların bilməsi lazım olan terminlər

Bir sahibkar üçün investisiya almaq, səhrada vahə tapmaq kimi bir şeydir. Ekosistemdə xüsusilə yenilikçi ideyalarına malik olan sahibkarlar, investisiya almaq üçün bir-biri ilə yarış içindədir. Belə bir halda sahibkarların özlərini ən yaxşı şəkildə yetişdirmələri lazımdır. Bunun yollarından biri də bəzi terminləri bilmək və tətbiq etməkdən keçir.

1. Venture Capital

Risk kapitalıdır. Bu termini daha öncədən bilmiş olma ehtimalınız yüksəkdir. Kiçik və yeni qurulmuş şirkətlərə yatırılan maddi investisiyalar, risk kapitalı adlanır. Risk sərmayəçiləri, cəhdlərin inkişaf mərhələsindən ictimaiyyətə keçənə qədər olan prosesdə sahibkarları müşayiət edirlər.

2. Angel Investor

Gələcəkdə gördüyü işlərə öz fərdi təcrübəsindən investisiya qoyan şəxslərə deyilir. Sahibkarlara yalnız maddi mənada deyil, mentorluq və network kimi mənalarda da dəstək olurlar. Bu tip investorlar, digər investorlara görə edilən cəhdlərdən daha çox faiz tələb edirlər. Yenə də sektora hakim olan birindən dəstək almaq, sahibkarların ən çox ehtiyac duyduğu şeylərdən biridir.

3. Due Diligence

Bu termini "vəziyyətin müəyyənləşdirilməsi" adlandırmaq olar. Tam olaraq, investisiya qoymaq istəyən bir şəxs və ya qurumun bazar araşdırmasında keçirdiyi proses kimi tanınır. Vəziyyətin müəyyənləşdirilməsi/qiymətləndirməsi, sektor əsasında bəzi dinamikləri nəzərə alınmaqla həyata keçirilir. Eyni zamanda sektorun risk və avantajlarını qiymətləndirmək üçün də istifadə edilə bilər.

4. Initial Public Offering (IPO)

Şirkət tərəfindən səhmlərinin ilk dəfə olaraq kütləvi təklif olunması, başqa sözlə, yeni açıq səhmdar cəmiyyəti və ya qapalı səhmdar cəmiyyəti formasından açıq səhmdar cəmiyyəti formasına keçən şirkətin öz səhmlərini ilkin bazarda açıq satışa buraxması. Bu zaman istənilən investor şirkətin səhmlərini əldə edə bilər.

5. Put Option / Call Option

Put Option, sahibinə qiymətli kağızı göstərilən dövr ərzində və öncədən razılaşdırılmış qiymətə satmaq hüququ verən opsion. Call Option isə bu vəziyyətin tam əksinə, digər səhmdarların satın almaq hüquqlarına verilən bir addır.

6. Break Even Point (BEP) – Self Sustainability

İnvestisiyadan gələn gəlirin xərclərə bərabər olduğu səviyyə. Bizneslər üçün minimum gəlir səviyyəsinə çatmaq gəlirli olmaq üçün ilkin addımdır.

Yenə də düzgün investisiya tapmaq üçün axtarışlar davam etdirilməlidir. Biznesin ayaqda qala bilməsi üçün bu mərhələ olduqca əhəmiyyətlidir.

7. Share Purchase Agreement

"Pay Almaq Müqaviləsi” adlandırılan bu termin, bir sərmayəçinin şirkətin mövcud səhmlərindən bir hissəsini alması halında investor ilə səhmdarlar arasında hazırlanan saziş nümunəsidir.

8. Preferred Stock

Emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, sahibinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində divident almasına təminat verən, emitentin ləğvindən sonra onun qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququ, habelə, səhmlərin buraxılış şərtlərində və emitentin ni zamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm nö vüdür. İmtiyazlı səhmlər üzrə müəyyən olunmuş divident adi səhm darlara hər hansı bir ödəmə edilməmişdən əvvəl ödənilir. Yuxarıda sadalanan üstünlüklə rinə baxmayaraq, bu cür səhmlər səsvermə hüququna malik olmurlar və mənfəət artanda, adi səhmdarlardan fərqli olaraq, imtiyazlı səhmdarların divident gəlirləri artmır.

9. Joint Venture

Birdən çox şəxsin bir biznes ətrafında bir araya gələrək müxtəlif səhmlərə sahib olaraq qurduqları tərəfdaşlıq növüdür. İş tərəfdaşlığından ən böyük fərqi, yeni bir şirkət quraraq hərəkətə keçmələridir.

10. Friend, Family and Fools

Dost, ailə və qohumdan dəstək almaq mənasını verir. Bu dəstək təkcə nağd pul deyil, fərqli qaynaqlar da ola bilər.

11. Advisory Board

Qısası, sahibkarlara yol göstərən insanlardır. Sahibkarlar tərəfindən, kimlərin dəstəyini aldıqlarını göstərmələri üçün istifadə edilir. Bu adamlar, investor olaraq tanınmazlar. Müxtəlif məsələlərdə fikir vermələri və biznesin dəyərini qaldırmaları baxımından olduqca əhəmiyyətlidir. Adətən sektorial mənada güclü şəxslər siyahıya daxil edilir və önə çıxarılır.

12. Exit

Hədəfinə çatmağı bacaran bir sahibkar və ya investorun, biznesdən ayrılması mənasını verir. Çıxış strategiyası, investorların çıxış etmək üçün müəyyənləşdirdikləri müddətləri və addımları ifadə edir. Bir çox sahibkar, investor turuna çıxdığı zaman uğurlu çıxışlar etmiş investorlara üstünlük verir.