Məhsuldar toplantı keçirməyin sirləri

Məhsuldarlıq və davamlılıq, təşəbbüskarların fəaliyyət göstərmək istədiyi sektorda əldə etməyə çalışdığı başlıca hədəflərdəndir. Artıq saatlarla davam edən iş toplantıları və müzakirələr bəzi şirkətlər tərəfindən vaxt itkisi kimi görünür. Çünki zaman alan bu toplantılar çox vaxt istənilən nəticəni ortaya çıxara bilmir. Amma, unutmayın ki, ofis toplantıları iş fəaliyyətinin ən vacib şərtlərindəndir. Elə bu səbəbdən də biz bu yazımızda uğurlu ofis toplantılarının nə şəkildə əldə ediləcəyindən bəhs edəcəyik.

Əlbəttə ki, ideal iş toplantıları üçün saatlarla baş sındırıb, Amerika kəşf etməyə ehtiyac yoxdur. Sadəcə olaraq bir neçə məlumat və bu məlumatları lazımı şəkildə istifadə etmək iş toplantılarınızdan gözlədiyiniz məhsuldarlığı almağınıza köməkçi olacaqdır.

Yalnızca lazımlı insanları dəvət edin. Bildiyimiz kimi iş toplantıları qədər digər bir önəmli məsələ də, vaxtdan düzgün şəkildə istifadə edilməsidir. Bu səbəbdən də siz toplantılarla əlaqəsi olmayacaq işçilərinizin vaxtını almamağa çalışmalısınız. Yəni, müzakirə ediləcək mövzu ilə əlaqəsi olmayan və nəticəyə təsir etməyəcək birini toplantıya dəvət edərək onun zamanını almaqdan qaçmalısınız.

Yetərli dərəcədə açıqlayıcı dəvət verin. Toplantılarda diqqət edilməsi gərəkən digər bir mövzu da toplantının mahiyyəti, məqsədi və məzmunu barədə dəvət göndərilən işçilərə yetərli dərəcədə əvvəlcədən məlumatın verilməsidir. Siz bunu elektron məktub vasitəsi ilə edə bilərsiniz. Nəticədə dəvətli işçiləriniz toplantı haqqında əvvəlcədən düşünəcəklərindən toplantınız daha məhsuldar olacaqdır.

Hər kəsin zamanına diqqətlə yanaşın. Toplantılar yalnızca sizin üçün uyğun olan vaxtda deyil, eyni zamanda iştirakçılar üçün də münasib olmalıdır.

Zamandan düzgün istifadə edin. “Başladıq, nə qədər davam edərsə etsin...” məntiqini tərk edin. Toplantınızın nə qədər davam edəcəyini, hansı mövzuya təxmini nə qədər vaxt ayrılacağını əvvəlcədən planlayın.

Toplantılara gecikməyin. Bu hal baş verəcəyi təqdirdə kollektiviniz onlara laqeyd davrandığınızı güman edəcəklər. Kollektivinizə diqqətinizi göstərin.

Diqqətlərin dağılmasının qarşısını alın. Əgər toplantınızda danışılanlar işçiləriniz tərəfindən dinlənilmirsə bu toplantı zamanınızı boşuna xərcləməkdən başqa bir şey olmayacaq. Siz xüsusi ilə hər fikir bildirənlərin fikrini dinləyərək, onu diqqətə aldığınızı hiss etdirin. Eyni zamanda qarşı tərəfdən də bunu etməsi üçün nəzarətinizdə saxlayın.

Toplantınızın son nəticəsini və icmalını diqqətə çatdırın. Toplantınız sona çatdığında əldə edilən nəticələri, qəbul edilən qərar və fikirləri bir nəticədə birləşdirərək zamanınızı boşuna xərcləmədiyinizi bildirin.

Toplantınızın nəticəsini toplantı sonrası fəaliyyətlərlə dəstəkləyin. Siz əldə edilən nəticələri, qərarları və hər kəsin vəzifələrini yazılı şəkildə elektron poçtla uyğun şəxslərə bir daha xatırladaraq onların işlərini daha da asanlaşdıra bilərsiniz. 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları