Milyarder sahibkarların görkəmli evləri

Texnologiya və sahibkarlıq dünyasından olan milyarderlərin, içərisində hovuzları, bağları və xüsusi dəniz sahillərinə sahib olan evlərini sizə təqdim edirik.

 

Bill Gates

Microsoftun qurucusu Bill Gates, dünyanın ən zəngin insanı olaraq belə bir evə sahib olması heç də təəccüblü deyil. Xanadu 2.0 adlı bu məskən 123 milyon dollar dəyərindədir və təxminən 6 min kvadratmetrlik sahədə yerləşir.

 

Mark Zuckerberg

Facebookun qurucusu Mark Zuckerbergin, Kaliforniyada yerləşən evi son texnologiya ilə təchiz edilmişdir və 7 milyon dollar dəyərindədir. Bu ev 5 ədəd yataq otağına malikdir. Mark Zuckerberg, keçən il ətrafda yerləşən 4 evi, gizlilik səbəbi ilə, 30 milyon dollara satın almasıyla gündəmə gəlmişdi.

 

Michael Dell

ABŞ-ın Havay adasında nəhəng bir evə sahib olan Michael Dell, siyahıdakı evlərin arasındakı ən böyük evə sahibdir. Özünün daha çox yaz fəslində istifadə etdiyi malikanə, 7 yataq otağı və 9 vanna otağına malikdir.

 

Jeff Bezos

Amazonun qurucusu Jeff Bezosun evində 4 yataq otağı və 6 hamam var. Bu ev təxminən 13 milyon dollar dəyərindədir

 

Larry Page

Palo Altoda yerləşən Larry Pagein evi, təxminən 8 milyon dollar dəyərindədir. Evdə 6 otaq və 6 hamam var və ev 2005-ci ildə satın alınıb.

 

Evan Spiegel

Günümüzün populyar sosial media tətbiqi olan Snapchatin qurucu Evan Spiegel, Los Ancelesdəki evi 12 milyon dollar dəyirəndədir. Evdə bir ədəd üzgüçülük hovuzu və idman zalı da var və bu ev əvvəlcədən məşhur aktyor Harrison Forda məxsus idi.

 

Steve Ballmer

Microsoftun keçmiş İcraçı Direktoru olan Steve Ballmerın Vaşinqtondakı evində tennis kortu və hovuz var.

 

Elon Musk

Günümüzdə ən çox danışılan adlardan biri olan Tesla və SpaceXin banisi Elon Muskinin evi Los Ancelesdədir. Bu ev üçün Elon Musk 17 milyon dollar ödəmişdir.