Möhtəşəm uğursuzluq - James Dyson

Məşhur ingilis ixtiraçı və sənaye dizayneri, “Dyson” şirkətinin qurucusu və başçısıdır. Onun aktivində “dəniz yükmaşını” adlı xüsusi gəmi, siklonik tozsoran “G-Force”, rəqəmsal idarə etmə funksiyalı elektrik mühərriki, əllərin qurudulması üçün nəzərdə tutulmuş qurutma cihazı kimi müxtəlif ixtiralar var.

Uğursuzluqları

Bir çox insan güman edir ki, ixtiraçılar dünyaya xüsusi genlər, bəzi istedad və vergilərlə birgə göz açıblar. Əslində isə hər şey düşünüldüyü kimi deyil. İnsan ancaq dayanmadan, zəhmət çəkərək ixtiraçı ola bilər.

Məsələn, James öz tozsoranını yaradan zaman 5127 prototip hazırlayıb. Həmin nümunələr isə ilk baxışda “uğursuz cəhdlər” kimi qiymətləndirilə bilərdilər. O, öz məhsulunu mükəmməlləşdirmək üçün 15 il vaxt sərf edib və nəhayət 1993-cü ildə onu bazara çıxara bilmişdi. Dyson həmin zamanları belə xatırlayır:

“Bir ixtiraçının öz ideyasından əl çəkməsi üçün sonsuz sayda bəhanə var. Mən 15-ci prototipimi düzəldən zaman artıq mənim 3-cü övladım dünyaya gəlmişdi. 2627-ci konstruksiyaya çatanda isə, mən və yoldaşım, sözün əsl mənasında, hər bir qəpiyin hesabatını aparırdıq. 3727-ci nümunəni düzəldən vaxt isə, ailəmiz üçün hər hansısa bir əlavə gəlir əldə etmək üçün, yoldaşım rəssamlıq üzrə dərslər keçirdi. Bizim üçün çox çətin vaxtlar idi, lakin hər bir uğursuzluq, məni problemin həllinə bir addım daha da yaxınlaşdırırdı.”

Çıxarılan dərslər​

İxtiraçıları dünyanın ən böyük bəxtsiz adamları hesab etmək olar. Həqiqətən də tayı-bərabəri olmayan bir şeyi düzəltmək üçün “bəxtsizlik” yeganə yoldur. Edisonun da bu barədə dediyi kimi: “Mənim uğursuzluqlarım olmayıb. Mən sadəcə olaraq 10000 işləyə bilməyən üsul tapa bildim”. Görünür ki, James Dyson da bu həqiqəti çox yaxşı mənimsəyə bilib.