Multimilyarderlərin istifadə etdiyi 10 gizli yanaşma

Kim nə deyir desin, müxtəlif səhvlərə yol versələr də milyarderlərin heç biri şansa bağlı olaraq milyarder olmamışdır. Mütləqdir ki, onları digərlərindən fərqləndirən gələcək istiqamətli hədəfləri, xüsusiyyətləri vardır. Yəni onların tətbiq etdikləri, onları fərqləndirən yanaşmalar hər birimizi ruhlandıracaq nüanslardır. Belə olduğu təqdirdə aşağıdakı 10 maddəyə diqqət yetirməyimiz yararlı olacaqdır:

  • Özünüzdən daha böyük şeylər xəyal edin

Bir çox insan uğuru başqaları üçün deyil, sadəcə özü üçün istəyir. Təbii ki, hər kəs mükafatlar, milyon dollarlar qazanmaq, müxtəlif jurnalların üz qabığında yer almaq istəyər. Bütün bunlara nail olmaq üçün isə özünüzdən daha böyük səbəblər seçib, məqsədinizin sizdən daha böyük olduğunu anlamanız vacibdir. Bu amil, uğuru uzaqlaşdırmağın əksinə, sizə daha çox şey qazandıracaqdır.

Fədakar bir lider özünü inkişaf etdirmək istəyən digər insanlara da dəstək olmalıdır. Hobbi olaraq qaçışla məşğul olan və ağırlıq qaldıran bir adam, başqalarına kömək edəcəyi təqdirdə daha güclü və sürətli olacaqdır. İnsanlara kömək edərək onlara dəstək olmaq öz inkişafınız üçün xərclədiyiniz zamana bərabərdir. Zəngin olmaq istəyən bir adam, əvvəlcə başqalarını zənginləşdirməlidir.

  • Ətrafınıza mütəxəssisləri toplayın

Bütün multimilyonerler onlara strateji tövsiyyələr verən mütəxəssis heyətinə sahibdir. Hər kəs fərqli düşüncəyə malikdir və yəqin ki, siz də ən yaxşısını dinləmək istəyərsiniz. Yalnış insanları dinləyənlər sonluqda çıxılmaz vəziyyətlərlə üzləşə bilərlər. Buna görə də öz sahənizdə mütəxəssisləri tapın və əgər mümkündürsə onlarla dost olun.

  • Sizi gücləndirəcək bir sistem qurun

Multimilyonerlər müvəfəqiyyətlərə tək başına nail olmazlar. Onların öz bacarıqlarını gücləndirəcək müxtəlif metodik planları vardır. Unutmamaq lazımdır ki, hər zaman işləri daha sürətli və daha yaxşı etmək üçün bir yol vardır. Əgər özünüz üçün bir uğur metodu tapmısınızsa, bu əvvəl axır sizə kömək olacaqdır. Amma diqqət ediləcək məqam budur ki, bu uğur metodu sizə aid olmalıdır, başqasına yox.

Bəzən belə düşünülür ki, uğurlu olmaq üçün müəyyən bir saatda yuxudan oyanmaq lazımdır, amma nəzərə almaq lazımdır ki, sizin ən məhsuldar olduğunuz saatlar gecə 10 ilə 4 arası da ola bilər. Həqiqətən də bəzi adamlar gec yatır və bu onlar üçün daha faydalı ola bilər. Qısacası, özünüz üçün ən yaxşı olan metodu seçin.

  • Marketinq və Satış

Marketinq sizin görəcəyiniz işlər haqqında insanlara mesaj ötürür, satış isə artıq insanların bu mesajı almalarıdır. Marketinq sizdə özünə inamın formalaşmasına kömək edir, satış isə insanların sizə inandığı zaman reallaşır. Belə bir bənzətmə edə bilərik: marketinq işinizin onurğa iliyidirsə, satış onurğanın özüdür. Əgər güclü və dayanıqlı kürəyə sahib olmaq istəyirsinizsə, hər iki bacarıq üzrə mütəxəssis olmalısınız.

Multimilyarderlər marketinq və satış üzrə mütəxəssisdirlər. Bacarıqları sayəsində onlar ən yuxarı vəzifələrə qədər irəliləyir və həyatdan zövq alırlar. Bu dünyada ya siz satarsınız, ya da sizə satarlar. Bazarın nə istədiyini öyrənə bilər və nəyə ehtiyac varsa, onu təmin etmənin stratejik yolunu tapa bilərsiniz. Qısacası, sata biləcəyiniz bir mal və danışacaq bir hekayə tapın.

“İnsanlar, nəyə ehtiyaclarının olduğunu siz bunu onlara verənə qədər bilməzlər” .

Steve Jobs

  • Sürətli qərar verin

Hər gün bir çox qərar alırıq. Lakin zəngin insanlar sürətli qərar verirlər, çünki onlar özlərini daha yaxşı tanıyırlar. İnsanların çoxu qərarın necə verilməsi haqqında düşünmür. Bunun əvəzinə qərar vermək üçün onlara kömək edəcək adamlar axtarırlar. Elə buna görə də, dünya əhalisinin sadəcə 10%-ini təşkil edən təşəbbüskarlar qalan 90%-lik əmək gücünü idarə edirlər.

Sürətli qərar vermə sizə zəngin olmaq üçün kömək edə bilər. Bəziləri qərar vermək əvəzinə müxtəlif bəhanələr gətirir və aradan çıxmağa çalışır. Bir multi milyoner isə cəsurca qərar verir və nəticələrə hazır olur. Qərar verin, bəhanə gətirməyin.

  • Prioritetlərinizi idarə edin

Bu, o deməkdir ki, hansı mövzu daha önəmlidirsə, onu daha öncə edin. Hər gün onlarla iş görmək məcburiyyətində ola bilərsiniz, amma sizə daha çox fayda verəcək işlərlə məşğul olmalısınız. Zamanınızı, enerjinizi, pulunuzu daha çox sərf etdiyiniz işləri daimi olaraq ortadan qaldırmağa və ya başqasına təhvil verməyə alışmalısınız. Çünki zamanınız məhduddur.

Məsələn, 2016-cı ildəki əsas prioritetləriniz nələrdir ? Bunları necə həyata keçirəcəksiniz ? Məqsədləriniz reallaşdıracaqlarınız qədər böyük olmalıdır. Bəzi insanlar özlərinə kiçik hədəflər qoyur, amma gəlirinizdəki kiçik artım multimilyoner olma məqsədi üçün yetərli deyil. Bunun əvəzinə 4 qat daha çox iş görüb, hədəflərinizi mümkün qədər artırın.  Hədəfiniz nə olur olsun, ağlınız onu reallaşdırmağın bir yolunu tapacaqdır.                                      

  • Yorulmadan, bezmədən yeni şeylər yaradın və istehsal edin

Həftə içi gecələr, həftə sonu və yaxud tətillərdə insanların çoxu, 98 %-i istirahət edir, amma bu düzgün deyil ! Təbii ki, istirahət etməlisiniz, amma eyni zamanda yeni düşüncələr, ideyalar ortaya qoymalısınız. Bir çox insanın sizin köməyinizə ehtiyac duya biləcəyi bir vaxtda, zamanınızı boşuna xərcləməyin. Heç gerçək xoşbəxtliyin sizin ideyalarınızın və istehsal etdiklərinizin nəticəsi olduğunu düşünmüsünüzmü ?

Məşhur bir NBA oyunçusu gündə 1000 dəfə atış etmədən bir gün keçirtməyini demişdir. Hər gün “Basketbol mənim həyatımdakı məqsədimdir” cümləsini öz – özünə təkrar edərək təsdiq edirmiş. “Playoff” oyunlarını heç vaxt qaçırmaz, əks təqdirdə özünü uğursuz hiss edərmiş. Buna görə də o həmişə çempiondur. Özünüzü hədəfinizə bağlamaq multi – milyoner olmağın sirridir. Ən yaxşı tövsiyyə isə budur: İşinizdən həzz alın.

  • İnsanlara xidmət edin

Təəccüblü görünə bilər, amma bir çox multi milyoner pul üçün iş görməz. Əgər tək məqsəd pul olsa idi, ilk milyonlarını qazandıqdan sonra, işlərini dayandırardılar. Reallıq budur ki, onlar həm də insanlar üçün xidmət edirlər. İnsanlara xidmət edəcəyiniz təqdirdə pul qazanacaqsınız. Bu avtomatik işləyən mexanizma və qanundur. 

Maaş qarşılığında çalışmayan insanların (könüllülərin) səhv etdiyini düşünənlər ola bilər. Lakin əslində olmalı olan budur. Səhər yuxudan qalxdığımız zaman ilk sual “az zaman ərzində daha çox insana daha çox necə fayda verə bilərəm” olmalıdır, “necə daha çox pul qazana bilərəm deyil”. Ayın sonunda isə bu əməyinizin bəhrəsinin qarşılığı bank hesabınızda görüləcəkdir.

  • Daimi olaraq irəliləyin

Əgər dünyanı dəyişmək istəyirsinizsə, daha çox bilgiyə yiyələnməli və sürətli dəyişikliklər reallaşdırmalısınız. Kitab oxumağa və öyrəndiyiniz düşüncələri tətbiq etməyə başlayın. Birçox zəngin insan gündə mütəmadi olaraq ən az 2 saat kitab oxuyur və bu kitabların əksəriyyəti bəsit olmayan mövzuları əhatə edir. Onlar adətən öyrədici kitablar oxuyur və qeydlər aparırlar.

  • “Feedback” qəbul edin

“Feedback” satışdan sonra satıcıya yönələn geri müraciətlərdir. Ən çox satılanlar siyahısında yer alan bir yazıçı ilə, həvəskar bir yazıçı arasında fərq budur: “Feedback”.

Əgər uğurlu bir iş qurmaq istəyirsinizsə bu sizə kömək olacaqdır. Bəzən qeyri-adi “feedback” lər də müxtəlif yerlərdən gələ bilər. Qonşunuzdan, qohumunuzdan, hətta öz uşağınızdan belə gələ bilər. Ən əsası isə “feedback” in haradan və kimdən gəlməyindən asılı olmayaraq lazımi dəyişiklikləri edin.

Milyoner olmaq üçün bu, 10 gizli yanaşmanı inkişaf etdirməlisiniz. Əgər bunu edə bilsəniz, insanlar sizin bu cəhdinizi hiss edəcəklər və sizə ehtiyac duyduğunuz dəstəyi verəcəklər. Daha öncə də qeyd edildiyi kimi özünüzdən daha böyük şeylərə olan inamınız sayəsində edə biləcəyləriniz sərhədi yoxdur.  Bu multi milyoner olmağın ən vacib qanunudur. Bir şeyi unutmayın, insanlara xidmət edin, pul ondan sonra özü gələcək.