Nasadan biznesmenlərə örnək olacaq real hekayə

Nasanın New Horizon (Yeni Üfüq) adlı qalaktik gəmisi yanvarın 19-u 2006-cı ildə Cape Canaveraldan havalandırıldı. Hədəfə nə zaman yetişiləcəyi öncədən hesablanmış bu uçuşun son nöqtəsi günəş sisteminin ən uzaq yerlərindən biri Pluton idi. 5 milyard kilometr olan uzun uçuşdan sonra qalaktik gəmi 9 il 6 ay vaxt sərf edərək, həftənin ikinci günü öncədən təyin edilmiş vaxtdan 72 saniyyə gecikərək hədəfə yetişmiş oldu. Bu hesablama ilə Nasa 99.99% dəqiqliklə tarixi uğura imza atdı.

Cücə qalaktikasından yerə ilk məlumatlar və foto bilgilər gəlməyə başladıqda illərdir gecələr yuxusuz qalan bir çox elm insanının əndişələrinə və suallarına son qoyuldu. Böyük ustalıqla həyata keçirilən bu tədqiqat günümüzün təşəbbüskarları üçün bir örnək olmalıdır.

Böyük hədəflər, böyük mübarizəyə ehtiyac duyur.

İnsanlıq tarixinin bütün uğurları, hətta təkərin icadından, plutona səfər hər biri ortaq bir nöqtəyə bağlıdır. Fikir. Fikirlər onları gerçəkləşdirəcək idarəçiliyə, kollektivə sahib olmadığı təqdirdə hər zaman fikir olaraq qalacaqdır. Əgər ağlınızda bir fikir varsa, ondan bütün dünyaya yararlı olacaq şəkildə istifadə etmək üçün ən doğru addımı atmağa çalışın.

Böyük uğurlar möhtəşəm kollektivə ehtiyac duyar.

5 milyard kilometr uzaqlıqda yerləşən bir hədəfə doğru yön almaq və sonunda uğur qazanmaq üçün bacarıqlı işçilərə ehtiyac vardır. Bu işçilərin uğurunun böyük parçası liderin adına yazılsa da, liderin üzərinə düşən vəzifə də önəmsizləşdirilməməlidir. Lider bu uğurlu insanların bacarıqlarını düzgün səmtə yönəltməyi bacaran insandır.

Uzun dönəmdə nəticə verəcək hədəflər səbr gərəkdirir.

Uğur bir gecədə əldə edilməz. 9 il 6 ay davam edən bu hədəfə çatma uçuşunun bir də, uçuşdan öncəki tədqiqatlarını da nəzərə almaq lazımdır. İllərlə davam edən bu tədqiqat nəticə verməyə başladı və Qalaktik Gəminin Plutonun şəkillərini yerə göndərməsi isə  4.5 saat vaxt aldı. Eyni zamanda Pluton haqqında bütün məlumatların yerə gəlib çatması 16 ay vaxt alacaqdır. Bu uzun zaman dilimi təşəbbüskarlara uğura çatmaq üçün səbr etməyin lazım olduğunu göstərən sübut olmalıdır.

Planlama önəmlidir.

Nasanın hesablamalarında Plutonun günəş ətrafındakı 248 illik hərəkəti, Gəminin hərəkətinə mane olan yerin ağırlıq qüvvəsini ortadan qaldırmaq üçün istifadə ediləcək Yupiterin hərəkətləri analiz edilmişdi. Nəticə isə istənilən səviyyədə əldə edildi.

Bu bizə uğura çatmaq üçün planın və uzun zamanlı hədəflərdə strategiyanın önəmli olduğunu sübut edən bir gerçək hekayədir.

Qərarlılıq və güvən önəmlidir.

Qalaktik gəmi yerdən 51 min kilometr/saat sürətlə ayrılaraq dünyadan havalanan ən yüksək sürətli qalaktik vasəit oldu. Bu sürət qalaktikada düyü qədər böyüklüyündə bir cisimlə toqquşacağı təqdirdə bütün əməyin məhv olması anlamına gəlirdi. Amma nəticə uğurlu oldu.

Əsas olan isə, inanmaqdır. Böyük uğurlara çatmaq hər zaman mübarizə istəyir. Siz davamlı olaraq strategiya üzərinə strategiya həyata keçirməli, bütün dəyişikliklərə uğurlu olacağınıza inandığınız qədər hazır da olmalısınız. Rəqiblərinizi düzgün dəyərləndirməyi bacarmalı, həmələrə qarşı tədbiri əldən verməməlisiniz. Ən çətin gününüzdə ətrafdakılara göstərəcəyiniz başqa bir alternativ yolunuz yoxdursa siz məğlub olmağa məhkum olacaqsınız. 

Etohum.com