Öz şirkətinizin idarəçiliyini bir başqasına həvalə etməlisinizmi?

Bəzən gələcəyə dair mükəmməl planlara sahib olub, doğu hədəflərimizə çatmaq üçün ruhdan düşmədən mübarizə aparacaq gücdə olsaq da və həttə bacarıqlı olmuş olsaq da bu xüsusiyyətlər bizim lider olacağımız mənasına gəlməməlidir. Liderlik bəzən lazım gəldikdə idarəçiliyi bir başqasına verə bilməkdir.

Şirkətiniz böyüyərkən siz öz-özünüzə “mən şirkəti tək idarə etməyə davam etməliyəmmi?” şəklində suallar verərək tərəddüd edə bilərsiniz. Amma, siz atacağınız 3 addımla bu suala cavablandıracaqsınız.

Çünki sizin şirkəti qurub uğura daşımağınız sizi əvəzedilməz idarəçi etməyəcək. Liderlik ruhuna sahib olmaq real təcrübələrlə daha da inkişaf etsə də bunun böyük qismi anadan gəlmə şəxsi xüsusiyyətlərin içində gizlidir. İnsanların bəziləri ən çətin zamanlarda qərar qəbul etmə bacarığına sahib ikən, bəziləri çətinliklərdən qaçmağa maraqlıdır. Bir sözlə şirkəti idarə edəbiləcək gücdə olub-olmadığınızı qərar vermək sizin əlinizdədir və siz yeri gəldikdə səhnədən geri çəkilərək, səhnə arxasından güclü dəstək verən biri ola bilərsiniz. Buna ən yaxşı örnək, Twitterin CEO’su Dick Costolodur. Bir başqa misal isə, Googlenin yaradıcılarının CEO kimi özlərini irəli çəkməyib, Eric Schmidti CEO təyin etmələrini misal verə bilərik.

Bəs düzgün qərar vermək üçün nə etmək lazımdır.

Özünüzə müstəqil tərəfdaşlar tapın.

Bir başqa CEO-larla bilgi alış-verişini həyata keçirmək, sizdən aslı olmayan bir kollektivlə işləyərək onların fikirlərini öyrənmək sizin seçimləriniz içində ola bilər. Bunu edəcəyiniz təqdirdə siz öz zəif cəhətlərinizi daha asanlıqla eşidəcəksiniz. Ailə şirkətlərində əksər vaxtlarda bu tərz seçimlərdən faydalanılmamaqdadır. Elə bu səbəbdən də, bir müddət sonra, dost-tanışının əskiklilərin ona irad olaraq bildirməyən yaxınların iştirakı ilə həmin şirkətlər süqut edir. Nəticədə idarə heyəti doğruları görə bilmədiyinə görə, radikal davrana bilmir və şirkət bir müddət sonra işləməz hala gəlir.

Zəif cəhətlərinizi bilin və ona uyğun yola çıxın.

İnsan bacara bildikləri ilə bərabər, bacara bilmədiklərini də müəyyən etməyi bacarmalıdır. Belə olacağı təqdirdə siz bu zəif cəhətinizi ortadan qaldırmağa çalışacaq ya da bir başqasının dəstəyindən faydalanacaqsınız.

Ruh halınızı analiz edin.

Sözsüz ki, uğurlu bir başlanğıc həm maddi həm də mənəvi cəhətdən gəlir gətirir. Daha çox imkan daha çox boş vaxt anlamına gəlir. Amma, bir gün real həyatdakı hədəflərinizlə iş həyatınızdakı hədəflər bir-biri ilə təzad təşkil edə bilər. Əgər siz səhər işə gedərkən özünüzü istəksiz hiss edir, iş toplantılarında sıxılırsınızsa demək ruh halınızda əskiklik var və yerinizə bir başqasını təyin etməyin əsil vaxtıdır.

Əlbəttə CEO-lara yerinizə bir başqasını təyin etmək şirkətdən uzaqlaşmaq mənasına gəlməməlidir. Məsələn, Microsoftda Bill Gates şirkətdəki CEO kimi fəaliyyətini hələ də səhnənin arxasından davam etdirməkdədir.

Etohum.com 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları