Problemləri fürsətə çevirməyin yolları

Bir çox biznesmen işləri planladığı kimi getmədiyi üçün ümidsizliyə qapılır. Hər biznesmen öncədən təxmin ediləndən daha çox problemlə qarşılaşır və bu vəziyyət bəzən ən istəkli iş adamlarnın da cəsarətini azalda bilir.

Problemlər iş dünyasının ayrılmaz hissələridir və az-çox bir problemlə qarşılaşmayan iş yoxdur. Davamlı olaraq çalışan, öz üzərində işləyən adamlar bunun müqabilində yenə poblemlərlə qarşılaşırsa, problemi qəbul etmək və onu fürsətə çevirməyin yolları üzərində düşünmək lazımdır.

Gözlənilməyən problemlər hər an qarşımıza çıxıb uğurlarımıza kölgə sala bilər. Ətrafımdakı hər şeyi biz idarə etmirik, buna görə belə problemlərlə üzləşdikdə özümüzü günahlandırmağımız mənasızdır. Məyus ola bilərsiniz, amma özünüzü günahlandırmayın və bu işdə məğlub olduğunuzu ağlınıza belə gətirməyin.

Riskli bir yer olan iş dünyasında bəzən daha irəliyə gedə bilmək üçün gözlənilməyən və sizi narahat edən məsələlərlə məşğul olub, daha sonra yetəri qədər qazanc əldə edə bilərsiniz.

Vəziyyəti olduğu kimi qəbul edin

Problemləri fürsətə çevirmə qabiliyyətini zehninizi inkişaf etdirərək qazana bilərsiniz. Vəziyyəti olduğu kimi, nə bir çox, nə bir az formada görməli və qəbul etməlisiniz.

Həll edə biləcəyiniz şeylərə yönəlin, mövcud şərtləri dəyərləndirin və problemi olduğundan daha ümidsiz görməyin. Problemi yeni fürsətlər əldə etmək üçün istifadə edəcək şəkildə həll edin.

Problemə deyil, problemin həllinə yönəlin. Problemın özünə deyil, həll etmə metodlarınızın nəticələrinə diqqət yetirin. Problemin sizə heç bir faydası yoxdur, amma onu həll etmək üçün cəhd etdiyiniz yollar sizə çox şey verə bilər.

Alternativlərinizi dəyərləndirin. Nələr edə biləcəyinizi düşünün. Bəli, istəmədiyiniz, gözləmədiyiniz bir hadisə baş verə bilər, amma bunun üçün daim məyus olaraq vaxt itirmək edə biləcəyiniz ən böyüklərdən səhvlərdən biridir. Vəziyyətdən çıxmaq üçün nələr edə biləcəyinizə dair siyahı tutun, siyahıdakı alternativlərdən birini, əgər əlverişli vəziyyət olarsa bir neçəsini sınayın. Problemlə mübarizə etmək üçün daim aktiv olmaq və  bir planınızın olması çox vacibdir. Qarşılaşdığınız problem nə olur olsun daim aktiv olmağa, nəticə nə olur olsun biznes macəranızın davam etməsinə diqqət yetirin. 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları