Qəhrəman və qorxaq arasındakı fərq sadəcə bir neçə dəqiqədir

“Mərdlik - qorxunun olmaması deyil, ona müqavimət göstərmək, idarə etməkdir.”

Mark Tven

Qorxu, qətiyyətsizlik və şübhə daima uğur və xoşbəxtliyin ən böyük düşmənləri olmuşdurlar və olacaqlar. Buna görə də uğurlu satıcılar uğursuz satıcıları daim geri çəkən qorxunun qarşısını almaq üçün aramsız işləyirlər. Uğura gedən yolunuzu kəsən iki ən böyük maneə uğursuzluq və ya itki qorxusu və etiraz və ya tənqid qorxusudur. Bunlar yenilməsi gərəkən iki ən böyük düşmənlərdir. Son nəticədə sizi geri çəkən və fəaliyyətinizə mane olan uğursuzluq və ya müştərinin etirazı deyil. Uğursuzluq və ya etirazla üzləşəcəyinizi düşünməyinizdir ki, sizi iflic edir və effektiv fəaliyyətinizin qarşısını alır.

Həqiqət ondan ibarətdir ki, hər kəs nədənsə qorxur və əksər hallarda çox şeydən qorxur. Rastlaşdığınız hər kəs uğursuzluq və ya etirazla üzləşməkdən qorxur. Qəhrəman və qorxaq arasındakı fərq sadəcə bir neçə dəqiqədir. Qorxaqlarım qaçdığı məqamlarda qəhrəmanlar qorxuya güc gəlib sadəcə bir neçə dəqiqə daha çox dayanırlar. Adi insan onu qorxudan vəziyyətdən qaçır, dayanmır. Cəsarətli insan isə özünü qorxuya qarşı getməyə və qorxuya rəğmən lazım olan işi görməyə məcbur edir. Qlen Fordun dediyi kimi: "Əgər siz qorxduğunuz işləri görmürsünüzsə qorxu sizin həyatınızı idarə edir."

Ralf Valdo Emersonun dediyinə görə oxuduğu bir cümlə bütün həyatım dəyişmişdir: "Uğur qazanmaq istəyirsənsə bütün həyatın boyu qorxduğun işləri görməyi adətə çevir. "Sizi geri çəkən uğursuzluq qorxusu "Mən bacarmaram!" hissi kimi izah edilir. Siz bu hissi, əks ifadə təkrarlamaqla neytrallaşdıra bilərsiniz: "Mən bacararam! Mən bacararam!". Bacaracağınıza əmin olana kimi bu ifadəni təkrarlayın. Hər dəfə "Man bacarıram!" dediyinizdə qorxunuz azalır və özünə inam hissiniz artır. Hər dəfə özünüz üçün "Mən özümü sevirəm! Mən ən yaxşıyam! Mən bunu bacararam!" kəlmələrini təkrarladıqda özünüqiymətləndirmənizi artırırsınız və sonunda özünüzü qarşısıalınmaz hiss edirsiniz. Düşüncəniz yüksək performanslı satıcı düşüncəsi olur. Sonra isə Emersonun dediyi kimi, "Iş görün və gücünüz artacaq."

İstənilən formalı qorxuya dair həlledici məqam. Cəsarət toplamaq üçün gözləmək əvəzinə qorxduğunuz işləri görün və cəsarət gələcək. Aristotelin dediyi kimi: "Özünüzü, istədiyiniz xüsusiyyətə malik imiş kimi aparın və həmin xüsusiyyətə yiyələnəcəksiniz."

Mütəxəssislər və motivatorlar təklif edirlər ki, özünüzü, sahənizdə ən uğurlu adam olmağa həsr etməyinizə mane olan ən böyük qorxunuzu müəyyən edin. Düşüncənizin arxasında daim parlayan hansısa bir qorxu vardır. İndi isə təsəvvür edin ki, bu qorxu sizə tamamilə yaddır. Təsəvvür edin ki, gördüyünüz hər bir işdə mütləq uğur qazanacağınız tam təminatlıdır. Heç bir qorxuya malik olmasaydınız necə hərəkət edərdiniz?

Cavab hər nədirsə, bu andan özünüzü elə aparın ki, uğursuzluq mümkün deyil və sonunda elə də olacaq! Əldə edənə qədər hiylə edin.