Sahibkarların etdiyi ən böyük 5 səhv

Sahibkarlıq, dünyamızın ən çətin işlərindən biridir. Sahibkarlığın tələb etdiyi zəhmət, istedad və fədakarlıq demək olar ki, digər işlərlə müqayisə olunmayacaq səviyyədədir. Sahibkar olmaq çətin amma insanı bir o qədər də qane edən bir şeydir. Çalışdığınız iş sahəsi və ya sahib olduğunuz müəssisəyə fərq etmədən bir çox sahibkarın başına bəla olan bəzi səhvləri dərk etməyiniz sizin üçün böyük əhəmiyyət kəsb edir. Bu səhvlər, heç şübhəsiz, hər bir müəssisə sahibinin etdiyi ən böyük səhvlərdir. Hər nə olursa olsun, aşağıda sadalayacağımız xətaları etməkdən çəkinin, beləliklə, uğur pillələrini asanlıqla dırmaşın.

1. Bir anda müvəffəqiyyətə çatmağı gözləmək

İşə başlar başlamaz uğur əldə etməyi ümid edirsinizsə xəyal qırıqlığına məruz qalmağınız qaçılmaz olacaq. Əlbəttə, özünə inam sahibi olmağınız və içinizdə uğura sürətli bir şəkildə çatmaq istəyi olmağı çox mühümdür. Lakin dərhal gözəl nəticələrə çatmağı gözləməməlisiniz. Yeni başladığınız bir işi böyütməlisiniz və bu da xeyli vaxt ala bilər. Bu işdən pul qazanmağa başlamağınız isə daha uzun müddət çəkə bilər.

Gözləntiləriniz məsələsində real olub səbr etməyiniz lazımdır. Bir çox müəssisənin erkən mərhələlərdə ziyana düşməsinin səbəbi sahibkarların qapını açar-açmaz pul qazanmağa başlayacaqlarını düşünməsidir. Çox vaxt birbaşa pul qazanmağa başlayaraq xərclərini qarşılayacağını düşünən sahibkarlar, kirayəsini ödəmədikləri üçün fəaliyyət göstərəcək bir iş yeri də tapa bilmirlər. Məhz buna görə kürəyinizi qısa bir mənbəyə söykəməyiniz və ilk etabda nə qədər pul qazanmaq məsələsində real davranmağınız son dərəcə mühümdür.

2. Hər şeyi özbaşına etməyə çalışmaq

Sahibkarın, ətrafındakılara vəzifə bölgüsü aparma bacarığı ola bilən insandır deyə bilərik. Əgər hər şeyi özünüz etməyə çalışırsınızsa uğursuzluq qaçılmazdır. Həmçinin xarici resursları necə istifadə edəcəyinizi öyrənməyiniz lazımdır. Bu mövzuda yazılmış məqalələri oxuyaraq mövzu haqqında məlumat ala, altından tək başınıza çıxa bilməyəcəyiniz işlər üçün ətrafdan yardım ala bilərsiniz.

Fərqli sahibkarların müxtəlif növlərdə xarici mənbə dəstəyinə ehtiyacı olacaqdır. Bu ehtiyaclar hər nə olursa olsun, vaxtınızı daha yaxşı dəyərləndirmək, özünüzü ən yaxşı mövqeyə gətirmək və mümkün olan ən yaxşı işi ortaya qoymaq üçün  yardımçı olacaqdır. Hər şeyi öz başınıza etməyiniz yorulmağınıza, ya da peşəkarlığınızı və diqqətinizi tələb edən məsələlərdə fokuslanma çatışmazlığı yaşamağınıza səbəb olacaq.

3. Həqiqi istəklərdən əl çəkib pulun ardınca düşmək

Gördüyünüz işə və şirkət açmaq üçün seçdiyiniz sahəyə həvəsiniz yoxdursa, uğura çatmağınız olduqca çətindir. Hər bir sahibkarın etdiyi ən böyük xətalardan biri, həqiqi iztirablarını göz ardı edərək yalnız pul qazanmaq məqsədilə bir şirkət açmaqdır. Məsələn, mən kiçik səhmlərə qarşı böyük bir həvəs göstərirdim. Bir çox insan mənə "pulu təqib edərək" müxtəlif sektorlara getməyimi təklif edib, lakin kiçik səhmlər üzərindən uğura çatmış olduğum üçün yolumdan əl çəkməməyə qərar verdim. Bu gün sahəmin ən böyük adlarından biriyəm, üstəlik illik qazancım 8 ədədlədir.

Bu səhvi edən sahibkarlar pul qazansalar da həyatdan zövq ala bilmirlər. Sizi əmin edirəm ki, bir işdən yalnız pul qazanmaq sizə yetərli olmayacaq, etdiyiniz şeydən xoşbəxtlik istəyəcəksiniz.

4. Uyğunsuzluq

Günümüzün daim dəyişən bazarında uğurlu bir sahibkar olmaq istəyirsinizsə uyğunlaşmağı öyrənməlisiniz. Əgər özünüzdə dəyişikliklər etmir və bir məhsula və ya xidmətə daha çox bel bağlayırsınızsa heç vaxt uğurlu ola bilməzsiniz. Yəni, bütün vəsaitlərinizi eyni yerə yönəltməməlisiniz. Bunun əvəzinə davamlı olaraq cəhd etmək lazımdır. Bu istiqamətdə yeni variantlar, imkanlar kəşf edib və bir tərəfdən də gələcəkdə dəyişiklik etməyə hazırlıqlı olmalısınız. Məsələn, “Facebook"un ofisi yarımçıq qalmış bir tikinti meydanına bənzəyir. Bunun səbəbi isə şirkətin "heç bir iş tam bitmiş sayılmaz, hər zaman üzərində dəyişiklik və yenilik edilə bilər" mədəniyyətini əks etdirməsidir.

5. Sosial mediadan uzaq düşmək

İnternetə ehtiyac olmadığını düşünən bir çox ənənəvi sektorlar var. İstər kiçik bir market istəsəniz də bir quru təmizləyici olun fərq etməz, mütləq internetdə olmalısınız. Nə üçün? Müştərilər hər gün internet şəraitindədirlər və uğurlu olmaq istəyən hər bir müəssisə müştərilərinin olduğu yerdə olub onlara birə-bir xidmət verməlidir.

Hazırda baş verən texnologiya inqilabına sahibkarlar da daxil olmalıdırlar. İstifadə etməsi son dərəcə ucuz olan internet və sosial media, hər sahədə çox təsirli ola bilir.