Səyahət edərkən effektiv çalışmağın 4 yolu

SƏYAHƏT EDƏRKƏN EFFEKTİV ÇALIŞMAĞIN 4 YOLU

Günümüzdə texnologiyanın köməkliyi ilə hər an, hər yerdə işlərimizi rahatlıqla görə bilirik. Ağıllı telefonlarımız, planşetlərimiz və komputerlərimiz sayəsində edə biləcəyimiz işlərin sayı hər gün artır. Artıq online data bazalarımızdan istədiyimiz hər faylı təmin edə, həm də redaktə edərək istədiyimiz adamlara göndərə bilirik.

Bütün bu imkanlara sahib olmaq insanda “daim məşğul olmaq” sindromuna səbəb ola bilər. Amma bu imkanları yaxşı şəkildə idarə edə bilirsinizsə, səmərəli çalışaraq daha keyfiyyətli bir iş ortaya qoya bilərsiniz. Səyahət zamanı səmərəli çalışmaq üçün aşağıdakı 4 nüansa diqqət yetirməliyik :

Plan qurun və iş yoldaşlarınızla paylaşın.

Bir iş planı qurmaq, sizin nə zaman və nəyi edəcəyinizi bilməyinizə kömək edə bilər. Beləcə zamanınızı əvvəlcədən hazırlıqlı formada idarə edə bilərsiniz. Təbii ki, bu planı iş yoldaşlarınızla paylaşsanız, onlarla bərabər idarə etməli olduğunuz proseslər daha yaxşı alınacaqdır. Nəticədə onlar sizinlə nə zaman əlaqə saxlayıb, nə zaman saxlamamağın lazım olduğunu biləcək və öz işlərini buna görə planlaşdıracaqlar. Bununla da həm siz, həm də iş yoldaşlarınız uyğun olduğunuz zamanları daha səmərəli keçirəcəksiniz.

Nizam-intizama riayət edin.

Səhər yuxudan qalxdığınız andan etibarən hansı işləri hansı ardıcıllıqla görəcəyinizi müəyyən etməli və bu plana sadiq olmalısınız. Hansısa bir sərgidə, aeroportda və ya avtobusda olsanız belə planlı işlərinizi tamamlamağa çalışın. Düşdüyünüz şəraitin planlarınızı təxirə salmasına imkan verməyin.

Gün ərzində etdiyiniz işlərlə bağlı günün sonunda bir yoxlanış siyahısı hazırlasanız, səyahət zamanı heç bir işi unutmadığınızdan əmin ola bilərsiniz.

Problemlərə qarşı hazır olun.

Texnologiya bəzən sizə problemlər yaşada bilər. Kompüteriniz xarab ola, internet əlaqəniz kəsilə, flash kartınız işləməyə bilər. Belə vəziyyətlərdə kimlərlə əlaqə saxlayacağınızı əvvəlcədən müəyyənləşdirməlisiniz. Kompüter təmirindən anlayan bir dostunuzun telefon nömrəsini bilməyiniz bu məqamda vacibdir. Eyni zamanda istifadə etdiyiniz məlumatları əlavə bir data bazada saxlamağınız da sizə kömək edə bilər.

Virtual ofis şəraiti qurun.

Ofis xaricində çalışmaq sizdə narahatlıq doğura bilər. Hər zaman alışdığınız kompüteriniz olmaya bilər, oturduğunuz stolu sevməyə bilərsiniz. Eyni zamanda iş yoldaşlarınız yanınızda olmadığı üçün motivasiyanız da aşağı səviyyədə ola bilər. Belə vəziyyətdə özünüzə virtual bir ofis şəraiti qurmalısınız. Çay, qəhvə için, hər zamankı saatlarda özünüzə tənəffüs verin və iş yoldaşlarınızla söhbət edin. Bəzən onlarla danışmaq belə sizin özünüzü daha motivasiya olunmuş hiss etməyinizə səbəb ola bilər.

Əlavə tövsiyyə : iş yoldaşlarınıza tətil ilə bağlı şəkillər göndərməyin :)