Stiv Jobsun CV-si 174 min dollara satıldı

Apple-ın 2011-ci ildə xərçəngdən vəfat edən İcraçı direktoru Stiv Jobsun 1973-ci ildə doldurduğu bir iş müraciəti forması (CV) hərracda 174 min 757 dollara satılıb.
 

Formanın ünvan hissəsində məzun olduğu universitet "Reed" Kollecini yazan Jobs, telefonunun olmadığını, kompüter və hesablama sahəsində bacarıqlarının olduğunu vədizayn mühəndisliyi sahəsində xüsusi qabiliyyətlərinin olduğunu qeyd etmişdir.

CV-ni doldurduqdan qısa bir müddət sonra Jobs, şirkətə Stiv Vozniak tərəfindən hazırlanan Pong oyununun bir versiyanı göstərdi və Atari-də texnik olaraq işə başlayıb. Bu tarixdən yalnız iki il sonra Jobs, Vozniak və Ronald Ueyn, Stiv Jobsun qarajında "Apple Computer"ı qurdular.

Tələbin 50 min dollar ətrafında olması gözlənirdi, bu rəqəm üç dəfədən artıq bir səviyyədə olub.