SWOT analizi və biznesdə istifadəsi

Swot Analizi nədir?

Swot Analizi ingiliscə : Strengths (Güclü tərəfləri), Weaknesses (zəif tərəfləri), Opportunities (imkanlar) və Threats ( Təhlükələr) sözlərindən ibarət olan risk analizidir. Hər hansı bir məsələ ilə bağlı qərar vermək və bu məsələ ilə bağlı ətraflı araşdırma aparıb müsbət bir nəticəyə gəlməyi təmin edən yalnız iş həyatında deyil, şəxsi həyatla bağlı qərar vermə prosesində də istifadə ediləcək bir növ analiz sistemidir.

Daha aydın şəkildə desək...

Güclü Cəhətlər: Layihə, ya da biznesin üstünlük yaradacaq xüsusiyyətləri,

Zəif cəhətlər: Bizneslə bağlı nöqsanlar və onların çatışmazlıqları,

İmkanlar: İstifadə edəcəyiniz ətraf ünsürləri,

Təhlükələr: Ətrafda iş və ya layihə üçün problem yaradacaq məqamlar

SWOT maddələrinin düzgün bir şəkildə tanınması olduqca vacibdir. Göstərilən maddələrin sonunda çatmaq istədiyiniz hədəf məsələsində geniş mənada informasiyaya sahibi olarsınız.

Güclü tərəfləri

Şirkətinizin və ya fərd olaraq sizin üstünlükləriniz hansılardır?

Bazarda və sektorda digərlərindən yaxşı olduğunuz istiqamətlər?

Daha əvvəl edilməyən aşağı dəyərli və unikal xidmət yada məhsul növləri hansılardır?

Güclü cəhətlərinizi müəyyənləşdirərkən rəqiblərinizin etdiklərini və verdikləri xidmətləri də nəzərə almağınızı tövsiyə edirik.

Zəif tərəfləri

Şirkət performansınızla bağlı nələri yaxşılaşdıra bilərsiniz?

Həmkarlarınızın Bazar məsələsində çatışmamazlığı və azlığı?

Bazardakı tələbata qarşı çatışmamazlıq?

Satışlarınızı itirməyinizə səbəb olan amillər?

Güclü və zəif cəhətlər daxili amillərdir. Bu suallarla müsbət və mənfi cəhətlərinizlə qarşılaşmış və yaxşılaşdırma addımına keçmiş olarsınız. Realist olmağın zamanı gəldi və xoşunuza gəlməyən bütün həqiqətlərlə ən yaxın zamanda tanış olmalısınız.

İmkanlar

Fürsət və imkanları necə təmin edə bilərsən?

Ətraf amillər, dəyişən texnologiya, iqtisadi tendensiyalara qarşı proqnoz sahibi olmaq?

Faydalı imkanlar bu şəkildədir:

Texnologiya və bazarlardakı geniş və dar miqyaslı dəyişikliklər.

Sahənizlə bağlı iqtisadi və sosial dəyişikliklər.

Həyat standartları istiqamətlərindəki dəyişikliklər və s.

Təhlükələr

Sahənizdə hansı maneələrlə rastlaşırsınız?

Rəqiblərinizin bazardakı payları və nələr etdikləri?

İşiniz, məhsullarınız və ya xidmətləriniz üçün keyfiyyət standartlarına uyğunluq göstərə bilirsinizmi?

İnkişaf edən və dəyişən texnologiya sizə mənfi təsir edir?

Nağd pul axınında və borc məsələsində problem yaşayırsınız?

SWOT Analizinin bir biznes üçün faydalı və münasib vasitədir. Fürsətləri kəşf etməyinizi təmin etməsi və müəssisənin zəif cəhətlərini üzə çıxardıqdan sonra bu hallarla bağlı müvafiq qərarları verməyi, bu təhlükələrə qarşı tədbir görməyinizi asanlaşdırmasıdır. Bu vəziyyət rəqiblərinizdən uzaq durmağa və bazar rəqabətində həmişə öndə olmağınıza imkan verəcəkdir.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları