Varlılara pul lazım deyil

"Uşağa cib xərci verməklə onu pulu düzəltməyi deyil, ona işləməyi öyrədirsən".

Varlı atam məni saatda on sentimdən məhrum edəndə, о bunu ona görə elədiki, daxilimdə pul üzərində qalib gəlim. О mənim pulum olmadan necə pul düzəltməyin mümkün olduğunu bilməmi istəyirdi. О istəyirdiki, mən pula işləməyi deyil, pulu düzəltməyi öyrənim. Varlı atam belə deyirdi: “Əgər sənə pul lazım olmasa, çoxlu pul qazanacaqsan. Pula ehtiyacı olan insanlar heç vaxt həqiqi varlıya çevrilmirlər. Bu ehtiyac insanın gücünü əlindən alır. Son səylə çalışmalı və heç vaxt puldan asılı olmamağı öyrənməlisən".

О öz digər övladlarına cibxərci versə də, oğlu Maykla və mənə ona işlədiyimizə görə heçnə ödəmirdi. О deyirdi. "Uşağa cibxərci verməklə onu pulu düzəltməyi deyil, ona işləməyi öyrədirsən". Başa düşün, mən uşaqlarımızı havayı işlətməyə məcbur etmənizi söyləmirəm, ya da onlara cibxərci verməməyinizi demirəm. Sizə uşağınıza nə söyləməyi öyrədəcək qədər səfeh deyiləm, axı iki eyni cür uşaq olunur, necəki, iki eyni vəziyyət olmur. Sadəcə, onu demək istəyirəmki, pullar ideyadan doğur və əgər siz, həqiqətən, övladınıza maliyyə başlanğıcı vermək istəyirsinizsə, böyük məmnuniyyətlə ideyalarınızla və övladınızın ideyaları ilə tanış olaram. Atalar yaxşı deyib: "Min mil yolun başlanğıcı bir addımdan başlayır". Daha doğrusu, "Min mil yolun başlanğıcı yola düzəlmək ideyasından faydalanır”. Məsələ pula gələndə, adamların çoxu öz həyat yolunu uğursuz ideya, ya da sonradan yollarına əngəl olan ideyalardan başlayır.

“Varlı uşaq, ağıllı uşaq” kitabından