Yaşam keyfiyyətini artırmaq

“Cafe Breno 3’ü 1 arada çalışan qadın reklamı” nı heç izlədinizmi ? Diqqətçəkiciliyi ilə fərqlənən bu reklamda iki qadının dialoquna şahid oluruq.  Fikir verdinizsə ev, iş, zaman faktorları vurğulanaraq yaşam və həyat balansı vurğulanır. 

Qadın və ya kişi fərq etməz, bir çoxumuzun bəzən üzərimizdə hiss etdiyimiz bənzər basqı və təzyiqlər olur. İntensiv iş həyatımız varsa bəzən öz-özümüzə “vaxtım olsaydı tətilə çıxardım, idman edərdim, kitab oxuyardım, uşaqlarıma daha çox zaman ayırardım” kimi şikayətlər edirik. Və yaxud işsiziksə, bu dəfə də “kaş ki, daha çox qazanca sahib olsam, daha uğurlu olsam, daha yaxşı bir şirkətdə çalışsam” kimi fərqli şikayətlərimiz olur. Bu qayğıların əsas mənbəyi həyatımızda balansın pozulmasının yaratdığı təzyiq hissidir, çünki doğru olan hər şeydə balans vardır və bu hiss bizə həyatımızda nələrinsə yalnış olduğunu göstərir.

Daha balanslı, daha xoşbəxt həyat üçün bir çox tövsiyyələrlə qarşılaşa bilərsiniz: səhərlər tez yuxudan qalxın, bolluca meyvə-tərəvəz yeyin, meditasiya edin, tətillərinizi uzadın, axşamlar çox işlə məşğul olmayın, həftə sonları çalışmayın və s. Amma hər kəs üçün yalnız bir ümumə tövsiyyə müsbət nəticələr verməyəcəkdir. Çünki, hər insanın prioritetləri, dəyərləri, onun xoş hiss etdirən fəaliyyətlər fərqlidir.

Sizin həyatdakı balans vəziyyətin görməyiniz və ya nəyə ehtiyacınız olduğunu tapmağınız üçün çox  vacib bir metoddan bəhs etmək istəyirik. Bu bir çox professional qurumlar tərəfindən istifadə edilən “Yaşam Çarxı” tətbiqetməsidir. Bunun sayəsində siz həyatınızdakı təməl ehtiyacların ödənilmə səviyyəsini müəyyənləşdir bilərsiniz. Aşağıdakı şəkildə yaşam çarxı : kariyer, ailə, sağlamlıq, əyləncə, sevgi, özünü inkişaf, dostlar və puldan ibarətdir.

Bu model ilə indiyə kimi diqqət yetirmədiyiniz digər yaşam sahələrini açıq şəkildə görə bilərsiniz. Bu sahələrə diqqət yetirməklə, hansı sahədə ehtiyacımız daha az ödənilibsə oraya doğru yönələrək həyatımızı balanslaşdıra bilərik.  Bu modeldən faydalanaraq yaşam keyfiyyətinizi            necə artıracağımıza baxaq:

  •  Yaşam sahələrinizi müəyyənləşdirin.  Həyatınızda sizin üçün vacib olan sahələri müəyyənləşdirin və yuxarıdakı nümunəyə bənzər bir çarx çəkərək bu sahələri oraya yazın.
  • Ödənilmiş ehtiyac səviyyənizi müəyyənləşdirin. Qeyd etdiyiniz sahələrə sizin ehtiyacınızı qarşılama səviyyəsini 0-dan 10-a qədər xallar verin.
  • İnkişaf etdirmək istədiyiniz sahəni seçin. Yaşam çarxı üzərində ehtiyacı qarşılamaq istədiyiniz sahəni seçin və inkişaf üçün prioritet siyahısı hazırlayın.
  • Hədəflərinizi müəyyənləşdirin. Məsələn, özünüinkişaf üçün 4 xal verdiniz və 8 xala yüksəlmək istəyirsiniz. Əvvəlcə bu xalların sizin üçün nəyi ifadə etdiyini təyin edin. Yəni 4 xaldaykən harda idiniz, 8 xal yüksələndə hara gələcəksiniz.
  • Planlayın. Hədəfə doğru gedən addımları yazın, bu addımları reallaşdırmaq üçün özünüzə vaxt verin.
  • Tətbiq edin. Müəyyənləşdirdiyiniz addımlara və zamana əməl etməyə çalışın, uğur qazandığınız hər addımdan sonra özünə inamınız artacaq və daha çox çalışacaqsınız.
  • Nəzarət edin. Bəzən hədəfə doğru irəliləyərkən harada olduğunuza diqqət yetirin və inkişaf fərqini hiss edin.
  • Davam edin. Yaşam keyfiyyətimi necə artıra bilərəm sualını özünüzə daha çox verin, çünki planlamasanız və fərqi hiss etməsəniz, harada olduğunuzu və haraya gedəcəyinizi bilməyəcəksiniz.

Bəzən özünüzü motivasiya edə bilmədiyiniz vəziyyətlər ola bilər, belə hallarda bu işlərlə məşğul olan qurumlarla əlaqə saxlayıb kömək istəyə bilərsiniz.