Yaşamaq üçün işləyin, işləmək üçün yaşamayın

Yaşamaq üçün işləyin, işləmək üçün yaşamayın: İş və həyat tarazlığını yaratmaq

Bəzilərimiz yaşamaq üçün işləmək əvəzinə, işləmək üçün yaşamağa üstünlük verir. Siz hansını edirsiniz? İş həyatında uğurlu olacağam deyə həyatını heçə sayan o qədər çox insan var ki. Halbuki müvəffəqiyyətli olmanın şərti bu deyil. Həqiqi mənada uğur tutmuş sahibkarlara diqqət etdikdə, çoxunun iş və həyat tarazlığını yaratdığını görəcəksiniz.

İş həyatının əslində nə qədər sərt olduğunu hamımız bilirik. Belə bir sistemdə iş və həyat tarazlığını yaratmaq üçün böyük bir fədakarlıq lazımdır. Fiziki olaraq işin başında olmasaq da "ağıllı telefonlar" hər zaman yanımızda. Buna görə günümüzün çox böyük bir hissəsi çalışmaqla keçir. Görəcəyiniz bəzi dəyişikliklər ilə tarazlığı qurmağın əslində o qədər də çətin olmadığını görə bilərsiniz.

1. Hədəfinizi müəyyən edin

Səmərəli işin ən əsas metodlarından biri hədəf müəyyən etməkdir. Əlbəttə iş bununla bitmir. Hədəflərinizi planlaşdırmalı və prioritetlərinizi müəyyən etməlisiniz. Görəcəyiniz hər iş zaman ərzində olmalıdır, bununla məqsədlərinizə çatmağınız asanlaşacaqdır. Əgər nəzərdə tutduğumuz bir zaman kəsiyində hədəflərimizə çata bilmədiksə, bu uğursuz biri olduğumuz mənasına deyil, planlaşdırmada bir səhv etdiyimiz mənasına gəlir. Əgər hədəflərinizi müəyyən edib, işinizi düzgün planlar və zaman çərçivəsində etsəz, həyatınızın axını üçün sizə bol vaxt qalır.

2. Problemləri azaldın

Mürəkkəb olduğunu düşündüyünüz problemlər, bəzən göründüyü kimi mürəkkəb olmaya bilir. İşlər çıxılmaz problemə çevrildiyində, edə biləcəyiniz ən yaxşı şey, problemləri tədricən azaltmaq olacaqdır. Problemin mahiyyətinə enin, onları sadələşdirərək azaldın. Münaqişələr azaldıqca işlərin yoluna girdiyini və həyatınıza ayırıcağınız vaxtın artdığını görəcəksiniz.

3. Seçimlərinizi qiymətləndirin

Gündəlik həyatınızda qarşılaşdığınız hər bir axsaqlıq, iş həyatınıza təsir edir. Problemlərə kənardan baxıb düzgün həll yolları tapmaq üçün əlinizdəki bütün variantları istifadə etməlisiniz. Çünki hər bir variant, problemin həlli üçün sizə bir şans yaradır. Variantlarınızı kəşf edib istifadə etdikcə həyatınızda sizə daha çox yer açıldığını hiss edirsiniz.

4. Özünüzü mükafatlandırın

İş həyatınızda və şəxsi həyatınızda uğura çatdıqda hər zaman bir mükafatı qazanmış olarsınız. Sevdiklərinizlə bir axşam yeməyi, konsert və ya kiçik bir tətil ilə özünüzü mükafatlandırın. Beləliklə, həm işinizi ən yaxşı şəkildə yerinə yetirmiş, həm də həyatınıza dəyər qatmış olarsınız.

5. Planlarınızı dəyişdirin

Planlardan imtina etmək sizin kefinizi poza bilər. Ancaq onları dəyişmək daha asandır. İşdən evə qayıtdıqda təmizlik etmək əvəzinə bəzən bir film izləmək, hər gün yemək hazırlamaq və qab-qacaq yumaqla məşğul olmaq əvəzinə arada bir kənar işləri görmək sizi xoşbəxt edəcək. Rejimlərinizin bütün boş vaxtlarınızı tutmasına icazə verməyin.

6. İşinizi və həyatınızı sevin

"Sevəcəyin işi seçsən, həyatboyu bir gün də işləmiş olmazsan" deyir Konfüçyüs. Necə də haqlı!

Həyat şərtlərinizi dəyişmək sizə çox çətin gəlir amma sevmədiyiniz bir işi davam etdirmək də əbədi bədbəxtliyə səbəb olacaqdır. Bu səbəbdən əgər mümkünsə, işinizi sevmək üçün hər yolu yoxlamalısınız. Mümkün deyilsə də buraxın, dəyərini itirdiyi yerdən qopsun. İşinizi sevməsəniz, həyatınızı da sevməyəcəksiniz. İşinizi sevin, həyatınızı sevin. Bunun üçün hər şeyi etməyə dəyər...