ABŞ-ın “qara siyahı”sındakı azərbaycanlı milyarderlər

ABŞ Maliyyə Nazirliyi Konqresə “Kreml hesabatını” təqdim edib.

Sənəddə 210 şəxsin adı qeyd olunub: onlardan 114-ü Rusiyanın yüksək vəzifəli məmurları və iri dövlət şirkətlərinin rəhbərləridir, yerdə qalan 96 nəfər isə rusiyalı oliqarxlardır.

 

Onlar arasında Rusiyada yaşayan azərbaycanlı iş adamları -  Vahid Ələkbərov, Araz Ağalarov, Zarah İliyev, Qod Nissanov, Fərhad Əhmədov da var.

Azərbaycanlı milyarderlərin şirkətləri 

Vahid Ələkbərov “LukOil” in səhmlərinin 23%-nə sahibdir. 

Zarah İliyev Moskvada böyük ticarət və pərakəndə daşınmaz əmlakına sahibdir. Eləcə də, “Kiyev meydanı”nın səhmlərinin 50%-i ona məxsusdur.

Qod Nissanov Zarah İliyevin ortağıdır. “Kiyev meydanı”nın səhmlərinin 50%-i onundur. İki milyarderin sərvətinin ümumi həcmi 6,8 milyard dollardır. 

Araz Ağalarov “Crocus Group”un sahibidir. O da həmyerliləri Qod Nissanov və Zarah İliyev kimi Rusiya daşınmaz əmlak bazarının krallarından hesab edilir.  

Fərhad Əhmədov isə “Novatek”, LukOil, “Qazprom”, “Nornikel”,” Sberbank” və “Magnit”də paya malikdir. 

Sərvətlərinin həcmi 

Nəzərə çatdıraq ki, “Forbes”in 2017-ci il üzrə qiymətləndirməsinə görə, Vahid Ələkbərovun sərvətinin həcmi 14,5 milyard, Zarah İliyevin 3,4 milyard, Qod Nissanovun 3,4 milyard, Araz Ağalarovun 1,7 milyard, Fərhad Əhmədovun 1,3 milyard dollardır.

©Oxu.az