"Akkord" Türkiyədə yeni müqavilə imzaladı

“Akkord” Korporasiyasının Türkiyə filialı  bu ölkədəki fəaliyyətini genişləndirərək uğurla davam etdirir.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, bu günlərdə şirkət ölkənin şərq bölgəsində iri miqyaslı su-kanalizasiya tikintisi layihəsinin icrası üzrə müqaviləyə imza atıb.

“Mardin şəhərinin tullantı suları layihəsi kanalizasiya şəbəkəsi, şimal və cənub kollektorları” adlanan layihənin icrası Türkiyə Cümhuriyyəti Çevrə və Şəhərçilik Nazirliyi Avropa Birliyi Yatırımları Dairəsi Başqanlığı tərəfindən keçirilən 2015-ci il 28 sentyabr tarixli tenderin nəticəsinə əsasən, “Akkord Sanayi Inşaat Yatırım A.Ş. ”-nin qurmuş olduğu ortaqlığa həvalə edilib. 

Davam edən 3 layihəyə əlavə olaraq, 4-cü layihə üzrə müqavilə 2016-cı il fevralın 26-da imzalanıb.

Müqavilə dəyəri təxminən 80 000 000 TL olan layihənin 21 ay (630 gün) müddətində həyata keçirilməsi nəzərdə tutulub. 140 km-ə yaxın müxtəlif ölçülü borulardan ibarət kanalizasiya şəbəkəsi ilə, 16 km uzunluğunda boru xəttindən ibarət olan şimal kollektoru və 22 km uzunluğunda borudan təşkil olunacaq cənub kollektorunun inşasını nəzərdə tutan layihənin icrası üçün hazırlıq işlərinə artıq start verilib.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları