«AliExpress» bəzi malları pulsuz satacaq

Dünyanın ən məşhur elektron ticarət platforması olan «AliExpress»də yeni «Müftə» bölməsi işə başlayıb. Bubölmədəki məhsullar sadəcə 1 sentə (0,01 dollara) satılacaq. «Müftə» bölməsində Çmnin məşhur brendləri - XiaoMi, Lenovo, Povos, Kiki, Haier, Bluedio, EverPretty və başqalarının məhsulları satılır.

Qaydalara görə, «Müftə» malları almaq üçün müəyyən prosedur nəzərdə tutulub. Belə ki, əvvəlcə istifadəçi bu qiymətə satılan malı almaq üçün sifiriş verməlidir. Əgər sifpriş qəbul olunsa, cəmi 0,01 dollar ödəməklə malı ala bilər. Pulu ödədikdən və malı aldıqdan sonra, istifadəçi bu malı sınaqdan keçirməli – istifadə etməli və öz təəssüratlarını sosial şəbəkələrdə bölüşməlidir.

Sifarişin qəbul olunması xüsusi alquritm vasitəsilə həyata keçirilir. Bu zaman istifadəçinin aktivliyi (yəni necə aktiv alıcı olduğu), müəyyən vaxt çərçivəsində nə qədər mal sifpriş etdiyi, aldığı mallarla bağla sosial şəbəkələrdə müsbət rəylərini necə həvəslə yaydığı nəzərə alınacaq.

Mənbə: Fins.az


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları