Apple-nin yeganə şansı Hindistandır

Satışların azaldığı və gəlirlərin aşağı düşdüyü bir vaxtda Apple şirkətinin yeganə çıxış yolu Hindistan bazarına daxil olmaqdır. Mütəxəssislər hesab edir ki, bütün dünyada smartfonların satışlarının zəifləməsi və gəlirləin azalması ABŞ-ın texnologiya nəhənginə ciddi problemlər yaradır. Belə vəziyyətdə təzə bazar tapmaq çıxış yoludur – bu isə böyüklüyünə görə, Çinlə müqayisə olunan Hindistan ola bilər.

Şirkətin sonuncu hesabatına görə, bütün dünyada iPhone-ların satışı azalır, Hindistandan başqa – burada Apple satışları 56% artıra bilib. Məhz bura görə, şirkət Hindistanla bağlı böyük planlar qurur.

Hindistan – dünyada ən sürətlə inkişaf edən smartfon bazarıdır. Halbuki, hazırda bütün dünyada, hətta Çində də smartfonların sayışı azalır. Hindistanda Apple-nin payı çox azdır. Səbəbi iPhone-lərin bahalığıdır. Hindistanda iPhone-lər ABŞ-dakından da bahadır, halbuki, bu ölkədə telefonların əksəriyyəti iPohne-dən 100 dollar aşağı qiymətə satılır. Apple bu vəziyyəti düzəltmək üçün Hindistanda əsasən bərpa olunmuş – təmir edilmiş İphone-ləri satmaq istəyir. Plana görə, əvvəlcə bu ölkəyə xaricdə təmir edilmiş telefonlar gətiriləcək, sonradan isə təmir işləri də Hindistanda aparılacaq.

Amma bunun üçün Hindistan hökumətinin icazəsini almaq lazımdır, son məlumatlara görə, hökumət bu planı rədd edə bilər. Görünür elə buna görə, şirkətin rəhbəri Tim Kuk ötən il Hindistanın baş naziri Na¬rend¬ro Modi ilə görüşündə bu ölkədə istehsala başlamağı da müzakirə edib. Əgər Hindistan planı baş tutsa, Apple Amerikadakı uğurunu burada da təkrarlaya biləcək


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları