Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi

Gənc yaşlarında yaşadığı uğursuzluqlara baxmayaraq heç zaman ruhdan düşmür və çalışaraq dünyanın ən zəngin adamlarından biri olur.
 
 
Söhbət Alibaba-nın qurucusu Cek Madan gedir.
 
Onlayn ticarət portalı olan Alibaba-nın yaradıcısı Cek Ma çətin günlər yaşasa da, dünyanın ən nəhəng şirkətlərindən birini yaratmağa nail olub.
 
Bəs bu uğurun sirri nədir?
 
Cek Ma 1964-cü ildə Çində dünyaya gəlib. Uşaq olarkən onun ən böyük xəyalı ingilis dilini öyrənmək idi və buna görə səhər erkəndən qalxıb ölkəyə gələn turistlərlə ingiliscə danışmağa çalışırdı.
 
Universitetə qəbul imtahanında 3 dəfə uğursuz nəticə əldə etdikdən sonra, nəhayət Müəllimlər İnstitutuna qəbul olur. O illərdə 30-dan çox şirkətə iş üçün müraciət etsə də, rədd cavabı alır. Maraqlısı odur ki, o zaman Çində yenicə fəaliyyətə başlayan KFC işə qəbul haqda elan yerləşdirir və müraciət edən 24 nəfə arasından yalnız Cek işə götürülmür.
 
Harvard Universitetinə qəbul olmaq üçün 10 dəfə müraciət edir, lakin yenə uğursuzluq...
 
Liseydə oxuyarkən tanış olduğu qızla ailə qurur və 5 il boyunca ayda 15 dollar qarşılığında müəllim işləyir.
 
1995-ci ildə ABŞ-a səyahəti zamanı internetlə tanış olan Cek əvvəlcə onun nə olduğunu tam olaraq anlamır, lakin maraqlandıqdan sonra bu, onun diqqətini çəkir və 1999-cu ildə Çinə qayıtdıqdan sonra yeni bir sayt yaratmaq qərarına gəlir. Beləliklə, "Alibaba" ("Əlibaba və qırx quldur" hekayəsindən götürülüb) onlayn ticarət saytını yaradaraq onu dövlətə satır.
 
"Alibaba" yaradılarkən ilkin mərhələdə 100 min dollar sərmayə qoyulur, lakin qısa zamda istifadəçi sayı artır və bütün dünyada məşhurlaşır. Hazırda 24 min işçisi və 10 mindən çox ortaq şirkəti olan "Alibaba"nın yaradıcısı Cek Ma 2013-cü ildə vəzifəsindən istefa verərək, gənclərə bu post üçün yer açdığını açıqlayıb.
 
Qeyd edək ki, Cek şirkətə sərmayəçilər axtarmağa başlanda ilk vaxtlar bir çox amerikalı bu modelin uğursuz olacağını bildirirlər. Hətta "Times" nəşri bu barədə yazdığı ilk məqaləsində onu "Dəli Cek" adlandırır, o isə cavabında belə deyir: "Dəlilik yaxşıdır. Dəliyəm, amma axmaq deyiləm. Əgər hamı mənim kimi düşünsəydi, o zaman heç bir şansım olmazdı".
Qaynarinfo