Azərbaycanda Lukoyl-ların sayı artır

"LUKOYL-Azərbaycan" QSC Azərbaycanda iki yeni françayzinq avtomobil yanacaqdoldurma məntəqəsi (YDM) açıb. Bunu şirkətdən deyiblər.

Şirkətdən bildiriblər ki, YDM-lər Gəncədə və Ağdaş rayonunun Əmirarx kəndində açılıb.

Şirkətdən vurğulayıblar ki, LUKOYL Azərbaycanın bölgələrində öz YDM şəbəkəsinin genişləndirilməsində maraqlıdır və bu fəaliyyəti davam etdirmək niyyətindədir.

Qeyd edək ki, "LUKOYL-Azərbaycan" ölkəmizdə 30-dan artıq YDM-ə sahibdir.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları