Azərbaycanda qadın sahibkarlıq

Sahibkar, yeni idealar yaradan,bu idealarla dəyər yaradan, yaratdığı dəyərlərlə insanları xoşbəxt edə bilən adamdır.

Amma eyni zamanda Sahibkar, Mal və xidmət istehsal etmək üçün istehsal amillərini bir araya gətirən, öz varlığını, vaxtını, səylərini və cəsarətini istifadə edib risk götürərək işə girişən adamdır. Bir ölkənin iqtisadi olaraq inkişafı üçün əmək, kapital, yer və sahibkar kimi istehsal üçün zəruri amillərə kifayət qədər sahib olması lazımdır. Bu istehsal amillərinin hər biri əhəmiyyətlidir, amma sahibkar daha əhəmiyyətlidir. Çünki əməyi bir araya gətirən də, sərmayə qoyan yada tapan da, yeri hazırlayan da sahibkarın özüdür . Bir ölkədə sahibkarlığın dəstəklənməsi, şübhəsiz ki, o ölkənin inkişafı üçün mühüm bir amildir. Ancaq eyni dəstəyin və stimulun qadın sahibkarlar üçün də həyata keçirilməsi, ölkənin potensialından daha çox faydalana bilmə imkanı yaracaqdır. Eyni şəkildə, qadınların  iqtisadiyyata qoşulması, ölkəmizin inkişafı üçün böyük bir nailiyyət olacaqdır. Sahibkarlıqda qadınların xüsusi olaraq təşviq edilməsi də iqtisadi və sosial inkişafa ayrı bir qüvvə qazandıracaqdır.

Tək qanadlı bir quş uça bilməz. Bizim də ölkə olaraq, qadın potensialımızı istifadə etməyimiz lazımdır.

Günümüzdə, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün qadınların iş həyatında iştirakı həyati əhəmiyyət daşıyır. Bu səbəblə qadınların iş həyatında fəal rol oynamaları üçün xüsusi təşviqetmələr olamalıdır.  Qlobal rəqabət mühitinə baxdıqda çox ölkəyə nisbətən ölkəmizdə qadın sahibkarlığında görülən proseslər yetərsiz qalır.

Son illərdə sosial medianın da dəstəyini alan qadın sahibkarlara olan maraq artmışdır. Bu maraq xətti olaraq, hər keçən gün Azərbaycanın uğurlu qadın sahibkarlarına dair xəbərlər mediada geniş yer tapır və tapmağa da davam edir. Bu mövzuda daha dərin və böyük araşdırmalar edərək, növbəti yazılarımızı da sizinlə bölüşəcəyik.