Azərbaycandakı iş adamları yeni şura yaradırlar

Bu gün Azərbaycan vergilər naziri Mikayıl Cabbarovun iş adamları ilə görüşündə Azərbaycan Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şuranın yaradılması razılığı əldə edilib. 

Bu barədə “Report”a görüşdə iştirak edən iş adamları məlumat verib.

Məlumata görə, bundan sonra bankların və digər maliyyə institutlarının, həmçinin başqa biznes strukturlarının bütün problemləri həmin şura çərçivəsində müzakirə ediləcək.

Bundan əlavə, nazirlə görüş çərçivəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi ödəyicisi ilə nazirlik arasındakı münasibətlərin şəffaflaşdırılması müzakirə edilib.

M.Cabbarov görüşdə sahibkarlara bildirib ki, onların nazirliyə ünvanladığı təkliflərin əksəriyyəti müsbət qiymətləndirilib və bu təkliflər qruplaşdırılaraq müzakirə üçün hökumətə göndərilib.

Qeyd edək ki, bu gün Azərbaycan vergilər naziri Mikayıl Cabbarov Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüb.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları