Azərbaycandan Qazaxıstana yük daşımaları sürətlənəcək

Qazaxıstanda tikilən yeni liman Azərbaycandan Qazaxıstana yük daşımalarını sürətləndirəcək.

Bu sözləri jurnalistlərə açıqlamasında Qazaxıstanın Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədr müavini Qosman Amrin deyib.

O bildirib ki, Aktau yaxınlığında tikilən yeni Kurık limanı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bənzəyəcək və Aktau limanından 100 kilometr aralıqda yerləşəcək.

Qosman Amrin qeyd edib ki, yeni limanın imkanları Aktau limanından dəfələrlə artıq olacaq və bu liman vasitəsilə Azərbaycandan Qazaxıstana yük daşımaları sürətləndiriləcək.

Mənbə: Azərtac


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları