"Aznar"dan ləğv xəbərinə - MÜNASİBƏT

Teymur Əhmədov adına "Aznar" QSC mətbuatda ləğv olunacağına dair yayılmış məlumata münasibət bildirib.

QSC-dən bildirilib ki, məlumat səhvən Teymur Əhmədov “Aznar “QSC-nin adından yazılıb.

"Əslində ləğv edilən Teymur Əhmədov adına Aznar QSC-nin törəmə müəssisəsi “Az-Nar" QSC-dir. Ləgv olunma səbəbi isə Səhmdarların ümümi yığıncağında bilinəcək", - sorğuya cavab olaraq bildirilib.

Xəbər verdiyimiz kimi, dərc edilmiş elana görə, "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.

 

"Oktyabrın 25-də "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" şirkətin yaydığı elana istinadən xəbər verir ki, iclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.

"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Aznar" QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən "Aznar" Direktorlar Şurasının sədridir."

Marja