Beşiktaş klubuna ÇL-dən 40 milyn AVRO gəlir

Çempionlar Liqasında qrup mərhələsinə qalan komandalar 12 milyon Avro ayaq basdı pulu alarkən, Beşiktaş bu sahədə Türkiyədəki yeganə nümayəndə olduğu üçün 22 milyon Avroluq yayım gəlirlərinin sahibidir. Yəni Çempionlar liqasına düşməklə artıq Beşiktaş futbol klubu 34 milyon Avro qazanıb.

Əlavə 3 milyon Avro

Ağ-qaralı komandanın bu müdhiş gəliri oyun qazandıqca daha da artır. Porto qalibiyyətinin ardından 1.5 milyon Avroluq bonusun sahibi olan Beşiktaş növbəti qalibiyyətdə yenə 1.5 milyon Avro qazanıb.

Yalnız 2 oyun qazanaraq 3 milyon Avro gəlir əldə edən Beşiktaş futbol klubu, xal topladıqca bu rəqəmi artıracaqdır. Digər tərəfdən UEFA, Çempionlar Liqasında komandalara turu keçmələri qarşılığında 5.5 milyon Avro verilir.

Ötən ildən çox qazandı

Ötən mövsüm Çempionlar Liqasından 34 milyon Avroluq gəliri kassasına qoyan Beşiktaş bu mövsüm indidən 40 milyon Avroluq gəlirə yaxınlaşdı.